Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Aprel 2018


Babək necə məğlub edildi? - Ən məxfi fakt

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

833-cü ildə Xəlifə əl-Məmunun ölümündən sonra Xürrəmilər Hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı mübarizə aparan Xəlifə əl-Məmun qardaşı Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etmişdi.

Kult.az xəbər verir ki, bu barədə “Viki kitab” elektron ensiklopediyasında qeyd edilib. Məqalədə Xürrəmilər Hərəkatı ilə bağlı az bilinən bəzi məlumatlar və Babəkin sonunu gətirən səbəblər barədə yazılıb:

“Yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi şəkildə hazırlaşmağa başladı. Mötəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 833-cü ildə Həmədan döyüşündə ərəblər 60 min üsyançını həlak etdilər. Xürrəmilərin 14 min nəfərdən ibarət hissəsi Bizansa qaçdı. Mənbələrdə onların Bizansda xristianlığı qəbul edərək, ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladıqları yazılıb. Həmədan uğurundan sonra Xəlifə Mötəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan müharibəni dayandırmaq lazımdır. Bizans-Ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sülh Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etməyə imkan verdi.

Mötəsim Zəncan-Ərdəbil yolu boyunca hərbi hissələrin yaradılmasını əmr etdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımı ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birilərini görə və atlı qasidlərin hərəkəti haqqında xəbəri bir-birilərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı.

Xəlifə yalnız bu hazırlıq tədbirlərindən sonra istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək qoşunların baş komandanı təyin etdi. Təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləyən Mötəsim hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, döyüş günlərində isə 10 min dirhəm ödənilməsini təmin etmişdi.

Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirilməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə köçürülməsini əmr etdi.

Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən müttəfiqlərini Babəkdən uzaqlaşdırdı. Həmin müttəfiqlərdən biri - Məhəmməd ibn əl-Bəis öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. İsma ibn əl-Kürdi ağır işgəncələrə məruz qaldıqdan sonra Babəkin mühüm sirlərini açdı və ərəblərə kömək edəcək qiymətli məlumatları xəlifəyə ötürdü. Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci, bəlkə də ən ağır zərbə idi.

Mənbələrdə yazılıb ki, müharibənin son ilində Afşin Babəklə danışıqlara girməyə cəhd göstərdi. Lakin bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək isə daha bir gün gözləməyi istədi: görünür, o hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini rədd etdi. Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi.

Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə yeksan olunması haqda əmr verdi. Əhali əsir alındı. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyinərək, Həştadsər dağının yanında dərəyə enib gizləndi. O, ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi.

Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişdilər.

Onları görən adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Sumbat onu öz qalasına dəvət edir və yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.

Afşin Babəkin və onun qardaşının ələ keçməsi barədə Mötəsimə xəbər göndərir və çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.

Mənbələrin əksəriyyəti Babəkin 838-ci il yanvarın 4-də Samirəyə gətirildiyini, elə həmin gün də edam edildiyini yazsalar da, bəzi orta çağ müəllifləri bu hadisənin fərqli tarixdə baş verdiyini bildirirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğu-sualdan sonra işgəncə ilə edam edilir.

Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. Babəkilər 20 ildən artıq müddət ərzində Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat ərəb şərqşünası Məsudinin dili ilə desək, “az qala, Abbasilər dövlətini məhv edəcəkdi”.

Tarix
2018.03.30 / 07:00
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyanın ən zəngin xanımı: Əliyev məndən soruşdu ki...

Ölkənin ən yaxşı kürəkəni: Bir qadın mənə yazdı ki...

Şah Abbas arakanlıları belə xilas etdi - Möhtəşəm taktika

Qurbanovun medal verdiyi şəxs: “Dedi ki, Xoşqədəmin...”

Yasaqlanmış radiomuzun 3-cü buraxılışı – Video

25 il öncəki Mehri hücumu barədə - Sensasion açıqlama

“Forbes”ə düşən azərbaycanlı: ABŞ ona niyə mühafizə ayırıb? - Foto

Azərbaycanın Qarabağsız xəritəsi harda satılır? - Reportaj

Zaurun efirə xalatla çıxması… - Vado

Biz onları tanıyırıq, hünərləri varsa... – Nazim İbrahimov

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla