Yuxarı

Azərbaycanın ən məşhur “oğrusu”: İllik qazancım...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Oğlan evi” filmindən “İsi” obrazı ilə tanınan aktyor Elşən Hacıbabayevlə müsahibəni təqdim edir:

- Neçə ildir aktyor kimi fəaliyyət göstərirsiniz?

- Artıq 20 ildir ki, teatrdayam. İşləməyə tələbəlik illərimdən, daha doğrusu, ondan da əvvəl başlamışam. Bakı Mədəni Maarif Texnikumunu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişəm. Həm teatr, həm də film ixtisasım olduğu üçün birini digərindən ayıra bilmərəm.

- İllərdir ki, bu sənətdəsiniz. Bir aktyor kimi zəhmətinizin qarşılığını aldığınızı düşünürsünüzmü?

- Fikrimcə, Azərbaycan tamaşaçısı zəhmətimi kifayət qədər yaxşı qiymətləndirir. Peşəkar olduğumu düşünürəm, amma bunu tamaşaçılar daha dəqiq deyə bilər.

- Azərbaycan tamaşaçısı teatrı sevir yoxsa, filmi?

- Son vaxtlar teatra gələnlərin sayı artıb, amma bildiyimiz kimi, filmə gedənlər daha çox olur. İstəyirəm ki, filmə baxmağa gedən gənclər teatra da eyni qayğı ilə yanaşsınlar. İnsanların filmə daha çox maraq göstərməsi məncə, texnologiyanın inkişafından qaynaqlanır. İnternetdə, eləcə də sosial şəbəkələrdə filmləri tapmaq daha asandır. Arzu edirəm ki, gənclərimiz internetdən ayrılıb ədəbiyyat oxusunlar və tamaşalara baxmağa gəlsinlər.

- “Oğlan evi” filmində oğru obrazını canlandırmısınız. Real həyatda da sizə həqiqətən də oğru kimi yanaşıb, mənfi reaksiya verənlər olurmu?

- Mənfi deməzdim, amma doğrudan da mənə oğurluqla məşğul olan insan kimi münasibət göstəriblər. Bəziləri elə bilir ki, realda da oğurluqla məşğul oluram. Bu il 8 martda aldığım hədiyyəni avtomobilimin şüşəsini sındırıb oğurlamışdılar. Sosial şəbəkələrdə yazırdılar ki, oğrudan-oğruya halaldır(gülür). Amma bütün bunlarla yanaşı tərif yazanlar da çox olur.

- Müsahibələrinizdən birində demisiniz ki, özümü romantik obrazda təsəvvür edə bilmirəm.

- Bilirsiniz, əslində mənim yaşım da çoxdur. Sevgi, romantika və s. özümə o qədər də yaraşdırmıram. Həddindən artıq ciddi və ya istənilən başqa obrazlarda görürəm. Əslinə qalsa, aktyor bütün obrazları oynamalıdır. Amma hərdən elə olur ki, hansısa obraz ürəyə yatmır və aktyor imtina edir.

- Sırf maddi ehtiyac üzündən istəməyərək hansısa obrazı canlandırmısınızmı?

- Düzünü desəm, belə bir şey olub. Amma hansı film olduğunu açıqlamaq istəmirəm. Pula görə məcburiyyət qarşısında qalıb rol alsam da, sonradan peşman olmuşam. Onu da deyim ki, çox yaddaqalan obraz deyildi.

- Son dövrlər daha çox komediya filmləri çəkilir. Bu filmlər arasında hansıları uğurlu hesab edirsiniz?

- Ən uğurlu deyə biləcəyim filmlərdən biri “Oğlan evi”dir. Düzü, son vaxtlarda çəkilən yerli komediya filmlərimizin çoxunu bəyənirəm, lakin uğursuz olanları da var. İnanıram ki, yaxın gələcəkdə bizdə bu sahə daha da inkişaf edəcək.

- Bəziləri deyir ki, “Oğlan evi 2” filmi birinci qədər uğurlu alınmayıb.

- Fikrimcə, “Oğlan evi” filminin hər iki seriyası uğurlu alınıb. Özüm də rol aldığım üçün hər ikisi maraqlıdır. Ola bilər ki, ikincidə bir balaca axsama olsun.

- Özünüz də serialda çəkilmisiniz. Deyə bilərsinizmi bəzi seriallarımız nəyə görə tamaşaçıda qıcıq yaradır?

- Hamısına şamil edə bilmərəm, amma seriallarda əsas axsama ssenaridədir. Aktyor seçimi düzgün olmayanda, eyni zamanda maddi çatışmazlığa görə də seriallar uğursuz alınır. Həm də bizim seriallar gündəlik olduğu üçün müəyyən qədər çətinliklər yaranır.

- Aktyor qazancı normal yaşamağa kifayət edirmi?

- Bu sahədən qazandığım gəliri normal hesab edirəm. O qədər də yüksək olduğunu deməzdim. Bütün hallarda aktyorun aldığı məvacib onun oynadığı rollara mənfi mənada təsir etməməlidir. Amma hər halda daha çox pul qazansa, yaxşı olardı.

Məvacib məsələsi həm də ona görə önəmlidir ki, sabah xaricdə müəyyən kurslara gedib ixtisasını artıra bilsin.

- Bəzi rejissorlar filmi az büdcə ilə ərsəyə gətirmək üçün aktyorluqla əlaqəsi olmayan tanışlarını filmə çəkirlər.

- Bunun qəti şəkildə əleyhinəyəm. Məhz buna görə də bəzi filmlərimiz, seriallarımız uğursuz alınır. Operatordan, işıqçıdan tutmuş, lazımı avadanlıqları işlədən hər kəs öz işinin peşəkarı olmalıdır. Teatr da, kino da kollektiv işi olduğuna görə hamı professional olsa, nəticə daha yaxşı alınar.

Tarix
2018.05.07 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla