Yuxarı

Hacı Nuran tənqidlərə nöqtə qoydu: Haqqınızı halal edin

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəliyimə don geyindirməyə çalışanlar, ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz?

Kult.az xəbər verir ki, bu sözləri "Həyat" fondunun rəhbəri Hacı Nuran Hüseynov Bakıda özəl klinikalardan birində olan zaman yanına at gətirilməsi barədə yazılanlara münasibət bildirərkən qeyd edib. Xeyriyyəçi sürprizləri sevdiyini söyləyib:

"Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım.

Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxt istəsə, o vaxt gəlir. Getmək vaxtını da özü bilir. Pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə "sağ olun" deyirəm. Haqqınızı halal edin! Kim məni sevindirmək üçün nə etdisə, çox təşəkkür edirəm. Kim bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz etməsin. Arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm, səmimi sözlər, dualar eşitdim.

Heç kim sabah nə olacağını bilmir. Dostlarımın diqqətinə, zarafatlarına, sürprizlərinə, xəstəliyimə don geyindirməyə çalışanlara üzümü tuturam. Ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz? Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. Bu, böyük günahdır".

Qeyd edək ki, “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovu müalicə aldığı xəstəxanada ziyarət edən şəxslər palataya at (poni) gətirmişdilər. Onların bu hərəkəti sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.

Xatırladaq ki, bir neçə gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb. Xeyriyyəçi hazırda müəlicəsini Almaniyada davam etdirir.

Tarix
2018.06.25 / 23:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla