Yuxarı

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəyalə (ad şərtidir) artıq on ilə yaxındır ki, şəhərin mərkəzində fəaliyyət göstərən masaj salonlarından birində çalışır. Onunla tanışlığımız təsadüfi olsa da, illərin dostuymuşuq kimi dərdləşə bildik. Daha doğrusu, o danışdı, mən dinlədim.

Bu “masaj salonları”nda hansı xidmətlərin olduğu hamıya məlumdur. Təbii ki, bu salonların əksəriyyətində masajdan söhbət belə getmir. Elə bu səbəbdən həmsöhbətimə “masaj salonu” haqda yazmaq istədiyimi deyəndə, adının çəkilməsinə razılıq vermədi, ancaq danışdı. Və danışdıqları faciəli olsa da, bunları qürurla nəql edirdi.

Xəyalə pozitiv enerjisiylə məni təəccübləndirdi. Çünki az qala, bütün müştərilərinin insanlığından razılığını qeyd edirdi. 29 yaşı olmasına baxmayaraq, artıq on ilə yaxındır bu işlə məşğuldur. Danışdıqca hiss etdim ki, onun razı qaldığı insani məqam həyata sırf analıq prizmasından baxmasıyla əlaqədardır.

İlk sualım uşağın atası haqda oldu. Üzünə qaranlıq çökdü, gözləri nifrətdən alovlandı. Ancaq səbirli idi. Daha doğrusu, həyat onu təkcə fahişəliyə sürükləməmişdi, həm də övladına görə şərəfsiz ərinə qarşı belə səbirli olmağı öyrətmişdi.

Xəyalə övladının doğuluşundan dərhal sonra ərinin onu atdığını qeyd etdi. “Atası bircə dəfə də olsun öz övladıyla maraqlanmayıb”, - deyib başını yellədi.

Bu yola necə düşdüyünü soruşanda dedi ki, vallah, cəmiyyətə görə mən fahişəyəm, əxlaqsızam, ancaq mən deyirəm ki, əsl fahişə də, əxlaqsız da ərimdir:

“Bu saat mənim oğluma yaratdığım həyat şəraitini atalı uşaqlar yatsalar, yuxularında da görməzlər. Şahzadələr kimi böyüdürəm oğlumu, təhsilinə də, yaşayışına da özüm nəzarət edirəm. İndidən 8 yaşlı oğlumun artıq şəxsi evi var. Bu, hər kişinin işi deyil, ancaq mən təkbaşına bunlara nail olmuşam. Uşağın atasını fahişə adlandırmağım da elə buna görədir. İndi, az qala, hər gün mesaj yazır, yalvarır ki, barışaq. Zərrəcə heysiyyəti yoxdur ki, mən necə qazanmışam bu imkanları. Onunçün bunun fərqi yoxdur. Əvvəl yük hesab edib oğlunu da, məni də atıb getdi, indi utanmaz-utanmaz gəlib ayağıma düşüb.

Mən oğluma bir sünnət toyu etmişdim, desəm, bəlkə də inanmazsan. İyirmi qoyun, bir dənə də 150 kiloluq cöngə kəsdirdim. Altı yüz nəfərlik restoran ağzına kimi dolu idi. Hələ toy etdiyimi eşidib dəvətnaməsiz də olsa gələn qonaqlara yer tapmadım, restoranın həyətində əlavə masalar hazırladılar.

Mən fəxr etmirəm bununla, amma əgər bir övlad gətirmişəmsə dünyaya, gərək o, mənim çəkdiyim əziyyətləri çəkməsin. İndi mənim bütün həyatım övladımdır, onun üçün hər şey edərəm. Bəlkə də böyüyüb məndən utanacaq, çıxıb gedəcək uzaqlara. Amma bir azca da olsa ümidim var ki, onun üçün qatlaşdığım bu həyata, çəkdiyim əzablara anlayış göstərəcək.

Düşünə bilərsən ki, bəyəm iş yox idi işləməyə, bədənini satmaq yolunu tutdun?

Məsələn, yer də süpürə bilərdim, ofisiant da işləyə bilərdim. Alacağım maaşla təkbaşıma uşağa necə bir gələcək vəd edə bilərdim axı!

Hələ mənim nə arzularım var: oğlumun ali məktəbə daxil olmasını, toyunu görmək istəyirəm. Özü də qıraqdan qız almayacam. Bacım qızını indidən gözaltı etmişəm. Hələ oğlum bir az böyüsün, ən böyük arzularımdan biri də onu əsgərliyə yola salmaqdır.

Vallah, əsgərlik doğrudan da kişilik məktəbiymiş, mənim o şərəfsiz ərim heç əsgərlik də görməmişdi, hərdən düşünürəm ki, bəlkə də əsgərlik çəkmiş olsaydı, bir az kişiliyi olardı.

Amma bir qram da ləyaqəti yoxdur: hər gün mesaj yazıb, barışmaq istədiyini deyir...”

Xəyalə etiraf edir ki, seçim şansı olsaydı, bu həyatı seçməzdi. Ancaq o fahişə olmasına rəğmən, ölkənin gələcəyi üçün faydalı, vətənpərvər bir insan böyütməyi özünə borc bilir.

Amma mənə də maraqlıdır: görəsən, Xəyalə əri haqda dediyi sözlərdə haqlıdır, yoxsa özünə bəraət üçün bu təsəvvürdədir?

Tarix
2018.07.30 / 17:25
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla