Yuxarı

“Davay, dosvidaniya”nın müəllifi başqa meyxanaçıdır?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihənin qonağı Oqtay Kamildir.

Meyxanadan çıxan ruzi

- Meyxana mənimçün həm gəlir mənbəyi, həm də həyatının ayrılmaz hissəsidir. Əvvəl sən sənətə xeyir gətirirsən, sonra sənət sənə.

Ucuz meyxanaçıları sevənlər çoxdur

- İndiki meyxana və meyxana deyənlərlə bağlı fikirlərim həm yaxşı, həm pis. Yaxşı tərəfi odur ki, meyxana sənəti üçün əlverişli imkanlar yaranıb. Pis tərəfi isə odur ki, peşakarlıqdan uzaq olan meyxanaçılar da bu imkanlardan istifadə edib xalqı ucuz meyxanalarla aldada bilirlər. Təəssüflər olsun ki, belələrini də çox sayda sevənlər var.

Meyxanaçıya mütaliə lazımdırmı?


- Meyxanaçıların böyük əksəriyyəti savadsızdır. Xoşagəlməz hal odur ki, nəinki meyxana deyənlər, ümumiyyətlə gənclər bu dövrdə mütaliədən uzaqdırlar. Meyxanaçılara gəldikdə isə onlar mütləq mütaliə etməlidirlər ki, söz bazası, fantaziya yetərincə formalaşsın.

Özünün son oxuduğu kitab

- Viktor Hüqonun "Səfillər"i.

Əsl meyxana qalıb kənarda


- Təbii ki, meyxananın müsiqinin müşayiəti ilə deyilməsi tarixiliyə xələl gətirir. Amma musiqili meyxananı musiqi üzərində deyib, meyxananın öz qanunlarını qorumaq şərtilə normal qaydada camaata çatdıra bilirsənsə, gözəldir. Bir var, sənətə yenilik gətirmək, bir də var, sənətin özünü yeniləşdirmək. İndi musiqili meyxanaya təlabat o həddə çatıb ki, əsl meyxana qalıb kənarda.

Dövlət bizi maliyyələşdirsə


- Mən deyişmə tipli meyxanaların tərəfdarıyam. Çünki əsl sənət odur. Düzdür, son zamanlar musiqili meyxanalara daha çox yer ayırmışam. Təəssüf olsun ki, indi keyfiyyətli söz, mənalı fikir tələb edən xiridarlar çox azdır. Biz də məcburuq ki, böyük əksəriyyətin daha çox tələb etdiyi musiqili meyxanalardan deyək. Əgər dövlət bizi maliyyələşdirsə, mən şəxsən musiqili meyxanalar demərəm.

Musiqili meyxananın atası - Pərviz Bülbüləli?..

- Yox, razı deyiləm. Musiqili meyxanalar ondan öncə də olub. Nümunə üçün Nizami Rəmzini, Elçin Maştağalını və dostumuz Vüqar Abdulovu göstərmək olar.

Pərvizin sənəti imkan vermir...

- Elşən Xəzərlə fars ritmi üstündə olan dillərə düşən "Davay, bebe" adlı meyxanamızın "Davay, dosvidaniya"dan qabaq olduğunu xiridarlar yaxşı bilir. Elə Pərviz də bizim meyxananın uğur qazandığını görüb, bu ritmdən istifadə etdi. Bir sözlə, Pərviz bu işdə ikincidir. Onun birinci olmağına həm yaşı, həm sənəti imkan vermir.

Ehtiram-İntiqam qardaşları - uğur var, məhsul yoxdur

- Sizə bir şey deyim. "Davay, dosvidaniya" dillərə düşdüyü ərəfədə Rusiyada idim. Yeni il ərəfəsi olduğuna görə bir çox restoranlarda şou-proqramlar keçirilirdi və əksəriyyəti də İntiqam-Ehtiram qardaşlarını dəvət etmişdi. Hətta yolun kənarındakı bir reklam lövhəsində şəkillərini də gördüm. Bunu görəndə həm sevindim, həm kədərləndim. Sevindim ona görə ki, bu iki insan bizim millətimizi təmsil edir. Kədərlənməyin səbəbi isə odur ki, Vüqarın sözü ilə desək, Ehtiram və İntiqam qardaşlarında uğur var, məhsul yoxdur. Onların rus dilində dedikləri meyxanada qrammatik səhvlər var – baxmayaraq ki, özüm ruscanı o səviyyədə bilmirəm. Misal üçün "odin raz çelavay, do svidaniya" sətirini göstərmək olar. Orada "celavay" yox, "poçeluy" olmalıdır. Çoxları mənə deyir ki, Ehtiramgil bu meyxananı əslində məndən oğurlayıb. Ancaq elə deməzdim. Burda ciddi təsirlənmədən söhbət gedə bilər.

Samirə ilə münasibətlərimiz olub

- Meyxana xanım üçün deyil. Mügənni kimi tanınan Samirə xanımla qarşı-qarşıya dayanıb meyxana demək ideyası isə "De, gəlsin" meyxana yarışmasının aparıcısı Yusifdən gəldi. Samirə xanımla barəmizdə dolaşan şayiələrə gəlincə, bu məsələni bir cümlə ilə cavablandırmaq istəyirəm: Aramızda nə olubsa, dini qanunlardan kənar olmayıb.

Seçkiyə getməyəcəm, çünki...

- Yox, mən seçkiyə getməyəcəyəm. Çünki bitərəfəm. Hazırdaki hakimiyyətin nə lehinəyəm, nə də əleyhinə. Çünki çox barışmadığım haqsızlıqlar var. Düşürəm ki, möhtərəm cənab prezidentimizin baş verən bu haqsızlıqlardan xəbəri yoxdur. Əks halda, bütün dövlət qurumlarında baş verən neqativ hallar aradan qaldırılardı.

Meyxanaçı - İran filmində...

- Həmişə yenilik axtarışındayam. Hazırda, meyxanadan əlavə bir kitab üzərində işləyirəm. Onu da deyim ki, üzərində işlədiyim əsərin İranda film çəkilişi planlaşdırılır. Əgər baş tutsa, baş rolda özüm olacağam.

Tarix
2013.10.18 / 11:16
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla