Yuxarı

Fətəli xan erməni taciri niyə duelə çağırdı? – Tarixi faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1775-ci ilin payızında Dərbəndin Qaracanlı kəndi yaxınlığında rus tacir Skvortsovun gəmisi batır. Gəminin batmasına səbəb kimi onun həddən artıq yüklənməsi göstərilir. Gəminin şəxsi heyəti həlak olur, qəza zamanı 452.422 rubl 8 qəpik dəyərində qiymətli mallar da məhv olur.

Quba xanı Fətəli xan bu barədə məlumat aldıqdan dərhal sonra hadisənin araşdırılması üçün təcili tədbirlər görür. Nəticədə 25 min rubl dəyərində mallar toplanır və sahiblərinə qaytarılır. Hadisənin araşdırılması zamanı göstərdiyi tutarlılıq və dürüstlüyə görə rus xarici siyasət idarəsinin rəhbəri N.Panin xanın fəaliyyətini mehriban qonşuluq münasibəti və Rusiya imperiyasının layiq olduğu hörmətin təzahürü kimi qiymətləndirərək Fətəli xana minnətdarlığını bildirir.

Ancaq xanın birləşdirmə siyasətinin düşmənləri və baş verənlərdən mənfəət qazanmaq istəyən ermənilər sahilə yayılan malların talan edilməsi və dənizə tökülən qiymətli malların böyük hissəsini məhz xanın mənimsəməsi kimi şayiələr yaymağa başlayır. Bəziləri hətta xanın əmri ilə batan gəmidən sağ çıxanların öldürüldüyünü də iddia edir.

Hadisənin bütün təfərrüatının araşdırılması üçün Həştərxan Quberniya idarəsindən Quba və Dərbəndə rus ordusunun erməni mayoru Mirzabek Vaqanov göndərilir. Rusiya ilə Quba xanlığının dostluq münasibətlərinin pozulmasına köklənən bu şəxs erməni tacirlər qrupu ilə birlikdə Fətəli xanı itmiş malların mənimsənilməsində ittiham etməkdən utanmır. Hazırladığı hesabatda erməni mayor ortalıqda gəzən söz-söhbətləri, uydurma nağılları və şayiələri təsdiqini tapmış faktlar kimi qələmə verir, rəsmi sənədlərdə nə peşəsi, nə də yaşayış yeri barədə məlumat olmayan saxta insanların ifadələrinə yer ayırır. Məsələn, o, nədənsə soyadını qeyd etmədiyi Şəkidən olan hansısa bir tacirin Minas adlı rəngsaz bir erməniyə batan gəmidən xilas olan 2 erməni və 4 azərbaycanlının Həştərxandan olan tacirlərlə birlikdə Şahdağ yaxınlığında saxlandığını dediyini qeyd edir. Digər bir erməni “şahid” isə Dərbənd sakinlərindən yerli əhalinin sahildəki malları talan etdiyini, sağ qalanların isə həbs olunduğunu eşitdiyini bildirir.

Öz emissarının dürüstlüyündən əmin olan Həştərxan idarəsi Vaqanovun hesabatında əks olunan faktları yoxlamağa cəhd etmir. Gəminin batması hadisəsini ətraflı şəkildə araşdıran Fətəli xan tapılan malları rus hökumətinə geri qaytardığını bildirir və qeyd edir ki, əgər rus tərəfinin bu məsələdə hər hansı bir şübhəsi varsa, o zaman xanın evində və digər mülkiyyətlərində yoxlamalar aparıla bilər. Lakin rus hökuməti əsl məqsədindən bixəbər olduğu zabitinə əvvəlki kimi inanmağa davam edir. Rusiya ilə Azərbaycan xanlığı arasındakı münasibətlərdə yaranan gərginlikdən istifadə edən erməni tacirləri Poqos Qavalidov, Georgi Abramov və keşiş Hozi Safaryanov batan gəmidə onlara aid olan malların da Fətəli xanın əlinə keçdiyini bildirirlər. Bu bəyanatlar da heç bir yoxlama aparılmadan məmnuniyyətlə mayor Vaqanovun hesabatına daxil edilir.

Yaranmış vəziyyətdən təkcə Fətəli xanın siyasətinin düşmənləri deyil, eyni zamanda, Rusiya düşmənləri də istifadə edir. Gilan şahı hansısa Sukiaz Ayvazovdan istifadə edərək Minas Diqlyant vasitəsilə rus komandanlığına məsələdə Bakı xanının da günahkar olduğunu çatdırır. Bakı xanı Fətəli xanın əmri ilə itmiş malların bir hissəsini gizlətməkdə ittiham olunur. Gilan şahı Hidayət xanın özü rəsmi şəkildə Quba hakimlərinin Skvortsovun batan gəmisindən 700 min rubl dəyərində malları mənimsədiyini və heyəti öldürdüyünü açıqlayır. Böhtanlarla dolu bu müraciət də böyük məmnuniyyətlə mayor Vaqanovun hesabatına daxil edilir.

Azərbaycan hakiminə qarşı böhtanlarda Quba xanlığının düşmənlərinə, xüsusən Gilan şahına yaxın olan Dərbənd taciri Petros İvanov xüsusi canfəşanlığı ilə seçilir. Onun fantastik ifadələrinə əsasən, guya Dərbənd sahillərində balıq və 2 milyon rubl dəyərindəki digər mallarla dolu bir deyil, 3 gəmi birdən batıb. Həmin dövrün şərtlərinə və qiymətlərinə nəzər salsaq, o zaman erməni təxribatçısı Poqos İvanovun xanı 20 milyard rubl və ya 300 milyon dollar məbləği mənimsəməkdə ittiham etdiyini söyləmək olar.

Bu böhtanlar Fətəli xanın səbir kasasının dolmasına səbəb olur. Xan öz günahsızlığı məsələsinin birdəfəlik həllinə nail olmaq üçün Petros İvanovu duelə çağırır. Lakin qorxaq böhtançı söylədiyi yalanın sadəcə onun ölümünü tezləşdirəcəyini anlayaraq xanın qarşısına çıxmır və Qızılyara qaçır. Bu zaman xan İvanovun 14.707 rubl dəyərində dükan və əşyalarını, evini, 23.607 rubl dəyərindəki iki tut bağçası, üzüm bağları, çəmənliklər və əkin sahələrini müsadirə etdirir. Tarixi mənbələr bu məsələdən hətta generalissimus Aleksandr Vasilyeviç Suvorovun da xəbərdar olduğunu qeyd edir. Suvorov isə öz növbəsində xatirələrində Fətəli xanın böhtançılara, xüsusən də Poqos İvanova qarşı böyük nifrətinin olduğunu vurğulayır.

İvanov bundan sonra da Fətəli xana qarşı ittihamlarını davam etdirir, Peterburqa şikayət dalınca şikayət göndərir. Ancaq kraliça II Yekaterina erməni təxribatçını ona cavab verilməsinə belə layiq görmür. Bu zaman mayor Vaqanov öz hesabatını rus qoşunlarının Qafqazdakı komandanı general de Medemə təqdim edir. Layiqli əsgər olmaqla bərabər, bu cür intriqalarda təcrübəsiz olan komandan rus taxt-tacının şərəfinin tələb etdiyi kimi davranaraq məsələnin silah gücü ilə həll edilməsi qərarında təkid etməyə başlayır. Lakin Yekaterinanın diplomatiya qurumu erməni Vaqanovun “müşahidə”lərinin arxasında nəyin dayandığını çox gözəl bilirdi. Buna görə də 15 dekabr 1776-cı ildə imzaladığı reskriptlə Qafqaz komandanlığının planını təsdiq etmədiyini bildirir. Bu qərarın verilməsində Fətəli xanın Peterburqa göndərdiyi məktubların da böyük rolu olur. General de Medem ciddi şəkildə cəzalandırılır, sonradan isə ümumiyyətlə xidmətdən qovulur. Lakin sonradan onun hər şeyi etiraf etmək üçün cəsarəti çatır: “Xanla baş verən bütün bu hadisələrə görə özümün laqeydliyimi etiraf etməyə bilməzdim”.

Tarix
2018.10.13 / 08:45
Müəllif
Zaur, Orxan
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla