Yuxarı

Azərbaycanlı oriyental rəqqasə Həccə gedir - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az azərbaycanlı oriyental rəqqasə Aytənin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Öncə yaradıcılığından başlayaq. Nə yeniliklər var?

- Desəm ki, yeni nəsə var, yalan olar. Heç bir şey yoxdur. Çünki başım o biri biznesimə qarışıb. Amma gələcəkdə yeni işlər görməyi düşünürəm.

- Hesab edirsən ki, hazırki vəziyyətdə yaradıcılığına pul qoymaq əlavə xərcdir...

- O da düzdür. Yeni nəsə etmək fikrim yoxdur. Əvvəlki kimi rəqqasələrə tələbat yoxdur. Büdcəmə əl vurmaq istəmirəm. Hansısa işi görmək istəyirsənsə, azı 10 min pul xərcləməlisən. İllər öncə 30 minə bir klip çəkdirdim. Onu hansı kanala verim? Yəni kliplərimizi yayımlayacaq kanalımız yoxdur. O üzdən klipə verəcəyim pul əlavə xərcdir.

- Son dövrlər rəqqasələrin sayı artıb. Amma 5-10 il öncə sayınız o qədər də çox deyildi...

- Mənə elə gəlir ki, tələbat olduğuna görə, rəqqasələrin sayı artıb. İndi hansı xınamız oriyental rəqssiz keçir? Son 3 ildə elə bir şey olmayıb. İndi rəqqasə olmaq çox asandır.

- Amma rəqqasələrin ailə həyatı çətin olur. Çünki hər kişi rəqqasəni xanımı kimi qəbul etmir.

- Düzdür. Azərbaycanda belədir. Başqa ölkələrdə yox.

- Aytən zamanında bu çətinliklə rastlaşıbmı? Ya ailə, ya da sənət?

- Bu mənim həyatımda olub. 10 ildən artıq olar. Mən sənətimi seçdim, peşman da deyiləm. Çünki o insana dəyməzdi. İndiki yaşayışıma baxıram, düzgün addım atdığımı hiss edirəm. Bəlkə də sevdiyim insanla ailə qursaydım, sənətimi atardım. Amma sevmədiyim üçün ayrıldım. Atdığım addıma görə də peşman deyiləm. Düz eləmişəm.

- Necə oldu ki, sevmədiyin biri ilə ailə qurdun?

- Bu mənim keçmişimdir. Ailəmin razılığı ilə ailə qurmuşdum. Onda uşaq idim.

- Növbəti dəfə ailə qurmaq fikrin yoxdur?

Yox. Çünki istədiyim kimi bir insan qarşıma çıxmayıb. Çıxsa da, mən yola gedə bilərəm? Bunu fikirləşmək lazımdı. Mənə elə gəlir ki, hər kəs mənlə yola gedə bilməz.

- Elçi düşən varmı?

- Bundan sonra nə elçi? Amma evlilik təklif edən var. Amma mənimlə onunku alınmaz. Mümkün deyil.

- Aytən necə bir bəylə ailə qurar?

- Heç o haqda düşünməmişəm. Həyatda 1 baxışdan aşiq olduğum insan olub, amma mən ona yaxınlaşmamışam. Bəlkə də qarşı tərəf heç özü də bilməyib. Gizli eşq yaşamışam.

- İmkanı olmayan bir bəylə ailə qura bilərsən?

- Elə də kasıb yox. Əyninə paltar ala bilən olsun. Mən gedib ona paltar alası deyiləm ki? Mən biri ilə ailə qurandan sonra rəqqasəliklə məşğul olmağım düz olmaz. Ailə qurandan sonra rəqqasəlikdən getmək fikrim var.

- Ana olmaq fikrin varmı?

- Mən anayam, növbəti dəfə ana olmaq istərdim. 2-ci dəfə ana olmağımı çox istəyirəm. Bu 2 il ərzində bu barədə çox düşünmüşəm. Hər ağıldan keçən fikirlər də həyata keçmir. Ürəyim o qədər təmizdir ki, gec də olsa, arzularım həyata keçir.

- Ötən il öz biznesini qurub, şəhərin mərkəzində ayaqqabı dükanı açmışdın. Aqibəti nə oldu?

- O dükan işlədi, 5 ay sonra bağladım. Öz markamı yaratmışam. Dükanı nə yaxşı ki, bağladım. Oranı bağlamaq səbəbimsə, dükanın kirayəsinin baha olması idi. Yəni gələn büdcə kirayəmə gedirdi. Amma indi internet üzərindən satışlar edirik. Bilsəydim çoxdan internet üzərindən satışlar edərdim. Digər tərəfdən də yeni dükan aldığım üçün oranı təhvil verməli oldum. Hələ ki yeni dükan təmirdədir. Yeni məkanımda rəqs dərslərim, rəqs geyimlərinin satışı və ayaqqabı dükanım olacaq.

- O biri dükanda nə qədər pul itirdin?

- Çox pul qoydum. Sadəcə 60 min kirayəyə pul qoydum və itirdim. İndi yavaş-yavaş itirdiklərimi qazanıram.

- Gələcəkdə Həcc ziyarətinə getmək fikrin varmı?

- Çox istəyirəm. Bunu istəməyən var? Öncə anamı bu ziyarətə göndərmək istəyirdim. Təzyiqi olduğuna görə gedə bilmir. Təyyarəyə minə bilmir. Mən də getmək niyyətindəyəm. Amma elə getməliyəm ki, gedib gələndən sonra bu rəqsi də atmalıyam. Şərtim budur. Həcc ziyarətinə gedəndən sonra rəqqasəlik sənətindən uzaqlaşacam. Allaha qurban olum, o qədər gözəl ürəyim var ki, bütün arzularıma çata bilirəm. İnşallah buna da çataram. Bunun da vaxtı var. İnşallah gedəcəm. Dindar insanlar bunu daha yaxşı bilər. Həccə gedəndən sonra rəqqasəlik etmək olmaz. Mənim peşəm rəqqasədir. Mənim daxili dünyam bir başqadır. İçimdə rəqqasəliyə aid bir şey yoxdur. Necə olub ki, illərdir bu rəqsi saxlayıram? Hərdən öz-özümə sual verirəm ki, sənətdə olmasaydım, rəqassəliyi qınayardımmı?

Tarix
2018.10.14 / 14:08
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla