Yuxarı

Burada yaşamaq istəyən hər kəsə ev və iş verilir - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Maatsuyker adasında yaşamaq istəyənlər üçün inanılmaz fürsətlər təqdim edilir.

Publika.az xəbər verir ki, bu adada yaşamaq istəyənlərə dövlət tərəfindən həm ev, həm də iş verilir. Bura Avstraliyanın ən ucqar torpağı adlandırıla bilər. Möhtəşəm yaşıllıqları ilə görənləri heyran edən bu adada dəniz fili kimi məməlilər və bir çox canlı növü var.

186 min hektarlıq bir ada olan Maatsuyker “Dünyanın Vəhşi həyat sərvəti” kimi qəbul edilir. Bu adada yaşamaq üçün özünüzü idarəedən, ucqar yerlərdə yaşayıb, işləmək bacarığına sahib olmağınız yetərlidir.

Təqdim edilən iş isə bitkilərə qulluq, bütün flora ilə məşğul olmaq, təmir işləri və istifadə etdiyiniz alətləri mütəmadi olaraq təmir etməkdir. Bundan əlavə meteorologiya bürosu üçün gündəlik olaraq hava şəraitini müşahidə etməlisiniz. Bütün bu işləri görmək üçün sizə xüsusi təhsil və üstəlik pul da verirlər.

Bu adada yaşamaq üçün könüllülər sentyabr-mart və ya mart-sentyabr olaraq növbələrini seçirlər və onların gediş-gəlişi təşkil edilir. Təhlükəsizliyiniz və sonrakı iş bölgüsü üçün gedərkən yanınızda birinin olması mütləqdir.

Bu adada yaşamaq istəyən insanlara qida ilə yanaşı evdə istifadə edilən əşyalar da təqdim edilir. Belə ki, lazım olan əşya və qidalar 3 aydan bir həmin əraziyə tədarük edilir.

Adada yaşamaq istəyənlər televizor və internet kimi imkanlardan da məhrum olurlar. Hər gün kilomertlərlə sahədə ot biçilməli, meteoroloqlar üçün hava xəbəri hazırlanması lazımdır. Bunun üçün hər gün (hava şəraitindən asılı olmayaraq) hər kilometrlər məsafəni bir neçə dəfə getmək lazımdır. Adada küləyin maksimal sürəti 176 kilometr/ saata çatır, ildə təxminən 250 gün yağış yağır.

Tarix
2018.10.15 / 23:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla