Yuxarı

Leyla Yunus Praqada cangüdənə sarılıb, niyə ağladı?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada yaşayan və Azərbaycanda “siyasi məhbus” olduğu iddiası ilə “Nastoyaşeye vremya”ya müsahibə verən Leyla Yunusun adını hallandırdığı şəxslərdən biri - Praqada yaşayan azərbaycanlı hüquq müdafiəçisi, Mətanət Əzizova Axar.az-ın rus versiyasına eksklüziv müsahibə verib:

- Mətanət xanım, bu insident haqda nə deyə bilərsiniz?

- Bir vaxtlar mənə yaxın olan insanın haqqımda yaydığı şər-böhtanlarla mübarizə aparacağıma heç vaxt inanmazdım. Mən Yunusova ilə 15 ildən artıq işləmişəm və hər kəs ona olan münasibətimin şahidi olub. Mən onu özümə müəllim bilirdim. Ancaq görünür, çox yanılmışam. O, haqqımda utanmadan yalanlar danışır.

7-9 oktyabr tarixində Praqada məşhur “Forum 2000” keçirildi. Burada dünyanın hər yerindən siyasətçilər, hüquq müdafiəçilər, jurnalistlər və s. iştirak edirdi. Forumun əsas məqsədi – demokratiya sahəsində dünyadakı problemlərini müzakirə etmək idi. Artıq dördüncü ildir ki, mən bu tədbirin iştirakçısıyam. 8 oktyabr tarixində məhz bu forumda Yunus belə bir ictimai tamaşa qurdu: “Kömək edin, məni MTN işçiləri öldürməyə çalışır”.

Bilmirəm, bütün bunlara necə reaksiya verim, gülümmü, acıqlanımmı?

Forumun təşkilatçıları, hüquq müdafiəçiləri yaxınlaşıb onun bu hərəkətinə görə məndən üzr istədilər. Çex hüquq müdafiəçiləri mənə vətəndaş cəmiyyətində adımı ləkələdiyinə görə onu məhkəməyə verməyimi təklif edirlər. Onlar da, mən də yaxşı anlayırıq ki, onun qurduğu bu tamaşanın məqsədi – izlənilən dissident kimi görünməklə özünə diqqət cəlb eləmək idi.

Belə bir sual doğula bilər ki, onu öldürməyə cəhd edən biri olaraq niyə o, məhz məni seçib?

Məsələ burasındadır ki, vergilərdən yayındığı üçün Yunusa qarşı məhkəmə işi açılanda o, qızı vasitəsilə mənimlə əlaqə yaradaraq sözügedən pulların ona yox, mənə aid olması, pulları mənim xərcləməyim və vergidən də mənim yayınmağım barədə prokurorluğa və beynəlxalq şirkətlərə ərizə yazmağımı məndən xahiş etdi. O vaxt mən artıq Praqada yaşayırdım və onun bu təklifini rədd etdim.

- Bu əhvalat necə sonlandı? Siz ona kömək etmədiniz? Bu səbəbdən o, sizə nifrət bəslədi?

- Həbsxanadan çıxandan sonra o mənimlə əlaqə saxladı, üzr istədi, ölkəni tərk edib Avropaya gedənə qədər bu barədə susmağımı xahiş etdi. Biz razılaşdıq. Mən susdum. Ancaq görünür, çox susdum, çünki o, təklifindən imtina etdiyimə görə bu gün də məndən qisas alır.

Demək ki, bu xanım bu qədər cılız xarakterə məxsusdur!

Siz hələ onun mühafizəçini qucaqlayıb titrəyə-titrəyə ağladığı səhnəni görməmisiniz. Guya mən onun üstünə hücum edirəmmiş və o, bundan qorxuya düşübmüş (gülür).

- Tam təfərrüatı ilə danışa bilərsinizmi? Necə baş verib? Siz ona hücum etmisiniz? Onun sözlərinə görə siz MTN işçisisiniz. Sizin səsboğucusu olan tapançanız, ucu zəhərli çətiriniz olmalıdır axı! Bəs bu cür zəngin vasitələrinizdən istifadə edə bilməmisiniz? Sizi belə zəif hazırlayıblar?

- Fürsət tapa bilmədim, artıq qocalmışam, əvvəlki qıvraqlığım yoxdur (gülür). O, məni görüb aralaşanda yoldaşlara dedim ki, bəlkə mən onunla salamlaşım? Bu yoldaşlar – REAL-çılar və Meydan TV işçiləri idi. Arxaya çevrildim, o, arxası mənə tərəf dayanmışdı, üzünü mənə çevirməsi üçün sakitcə barmağımla onun çiyninə toxundum. “Hər vaxtınız xeyir, Leyla xanım” dedim. Əvvəlcə o, donquldandı və mən uzaqlaşmaq üçün geriyə çəkildim. Bu an o, mühafizəçini gördü. Yeri gəlmişkən qeyd edim ki, mühafizəçi tək idi, Yunus isə mətbuata iki mühafizəçinin olduğunu, onlardan birinin məni zaldan çıxardığını deyib. O, mühafizəçini qucaqlayıb “kömək edin, məni öldürməyə çalışırlar” deyə ağlamağa başladı. Mən kənara çəkildim. 10 dəqiqə sonra isə mühafizə xidmətinin əməkdaşları yaxınlaşıb insidentin necə olduğunu soruşdular. Şahidlərimi göstərib əslində nə baş verdiyini izah edəndə onlar üzr istəyib uzaqlaşdılar. Sonra isə hadisəni öyrənmək üçün mənə forumun rəhbərliyindən yaxınlaşdılar. Bu dəfə çex aktivistləri yanımda olduğu üçün durumu onlar izah elədi. Bununla yanaşı, gələcək provokasiyaların qarşısını almaq məqsədi ilə mən Feysbuk sosial şəbəkəsində canlı yayım edərək baş verənləri danışdım.

- Ümumiyyətlə, digər forum iştirakçılarının reaksiyası necə oldu?

- Yanaşmalar müxtəlif idi: kimisi onun qeyri-adekvat olmağına təəssüflə, kimisi maraqla, kimisi nifrətlə baxırdı. Aralarında qurulan tamaşanı görməyənlərdən də vardı ki, onlar böhtana inanırdı, ancaq onlar da Azərbaycan nümayəndə heyətindən – Emin Milli, Həbib Müntəzir, Natiq Cəfərli və Erkin Qədirlidən məsələnin nə yerdə olduğunu soruşdular. Onlar əlbəttə ki, həqiqəti danmayıb Leyla Yunusa heç bir hücum olunmadığını söyləyiblər.

- Bəs, sizcə, bu qeyri-adekvat nənəni hansı səbəbdən mediada həvəslə tirajlayırlar? Aydın məsələdir ki, bunu baxış sayına görə etmirlər.

- Mənim bu suala cavabım yoxdur. Ola bilsin ki, jurnalistlərə Azərbaycandakı vəziyyət maraqlıdır, o isə müsahibə zamanı bundan faydalanır və mətbuat tribunasını öz intriqası və şər-böhtanlarını yaymaq üçün istifadə edir.

- Leyla Yunusa nə məsləhət verə bilərsiniz?

- Hüquq müdafiəsi sahəsində hər birimiz öz borcumuzu yerinə yetiririk. Burada məqsəd kömək etmək, dəyişmək, insanların həyatını yaxşılaşdırmaq üçün variantlar təklif etməkdir. Mən vaxtımı və sağlamlığımı şər-böhtana sərf eləmək istəmirəm. Ona öz sağlamlığı və ailəsi ilə məşğul olmağı məsləhət görürəm. Mənə sərf elədiyi vaxtı öz qızı və ərinə bəxş eləsə, daha yaxşı olar. Ömrünün bu çağında görəcəyi ən yaxşı iş bu olardı. Sağalmasını arzu edirəm.

Tarix
2018.10.17 / 13:15
Müəllif
Zaur Mehdiyev, Könül Arif
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla