Yuxarı

Azərbaycan bu baxımdan bizə nümunədir – Avstriya səfiri

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətini başa çatdıran, bu günlərdə Azərbaycandan getməyə hazırlaşan Aksel Vexin Axar.az-a müsahibəsi:

- Bu günlərdə Avstriyada dövlət bayramı - ölkənin əbədi neytral elan olunmasının 63-cü ildönümü qeyd edildi. Avstriyanın Bakıdakı səfirliyi tərəfindən bu bayram münasibətilə tədbir keçirildi...

- Avstriya Milli günü fərəhləndirici, qürurverici, əlamətdar bir gün olduğu üçün bunu çox gözəl şəkildə qeyd etdik. Digər tərəfdən, məni kədərləndirən odur ki, buradakı sonuncu tədbirim idi. Azərbaycandakı dostlarım, tanışlarımla sağollaşdım.

- 2014-cü ildə Azərbaycana gəlmisiniz. Bir çox fərqli ölkədə çalışmış biri kimi, Azərbaycanla bağlı düşüncələriniz nələrdir?

- Ölkələri bir-biri ilə müqayisə etmək istəmərəm. Çünki onlar bir-birindən müəyyən qədər fərqlənir, hərəsinin öz yeri var. Onu söyləyə bilərəm ki, Azərbaycandakı missiyam, fəaliyyətim mahiyyətcə maraqlıdır. Bu, müxtəlif faktorlara söykənə bilər. Həm Azərbaycanın mövqeyi və regionda vacibliyi, geosiyasi, geostrateji əhəmiyyəti, şimal-cənub və qərb-şərq istiqamətlərinin birbaşa kəsişdiyi nöqtədə olması, xüsusilə, İran və Rusiya arasında yerləşməsini vurğulamaq olar. Eyni zamanda, Avropa üçün Azərbaycanın enerji təchizatında oynadığı rol çox böyük əhəmiyyət daşıyır. Azərbaycan həm Şərq ölkəsidir, həm də Qərb. Burada həm islami dəyərlər var, həm də dünyəvi ölkə sayılır. Xüsusən, dini tolerantlıq məsələsi çox mühümdür. Biz bu sahəni özümüzə nümunə götürürük. Avstriyada da din haqqında qanunun qəbulunda Azərbaycanın bu sahədəki qanunvericilik təcrübəsindən faydalandıq, öz qanunumuzu ona uyğunlaşdırdıq.

- Avstriya və Azərbaycan arasındakı ikitərəfli əlaqələri, münasibətləri daha da irəliyə aparmaq üçün başqa hansı işlər görülməlidir?

- Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və bu münasibətləri daha da inkişaf etdirmək lazımdır. Azərbaycanla bağlı ikitərəfli əlaqələr nöqteyi-nəzərindən görüşlərin, səfərlərin artması siyasəti xüsusi diqqət çəkir. Xüsusən, son zamanlarda Avstriyanın vitse-kanslerinin, idman nazirinin bura rəsmi səfəri baş tutdu və çox gözəl, uğurlu bir səfər oldu. Bu görüşlər zamanı iqtisadi sahəyə də önəm verildi.

- Avstriyanın bir çox şirkəti Azərbaycanda istər kənd təsərrüfatı, turizm, inşaat, ekoloji sahə, istərsə də texnologiya sektorları üzrə əməkdaşlıqda maraqlıdır.

- Çətin zamanlarda belə firmaların çoxu burda qaldı. Bəziləri nümayəndəliyinin miqyasını kiçiltsə də, birdəfəlik ölkəni tərk etmədilər. Bu, bir daha sübut edir ki, bura tez zamanda pul qazanmaq üçün gəlməyiblər. Uzunmüddətli və davamlı qalıb, iqtisadi fəaliyyətlə məşğul olmağa yönəliblər. Bu firmaların bura gəlməzdən əvvəl ümidləri olmasaydı, yəni layihələrlə bağlı ümidsiz olsaydılar, gəlməzdilər. Onlar sırf kommersiya məqsədi daşıyan müəssisələrdir, inkişafa yardım, dəstəkverici donorlar deyil. Sırf kommersiya, gəlir əldə etmək üçün gəlmiş müəssisələrdir. Onlar Azərbaycanın vəziyyətini pozitiv dəyərləndirirlər.

- Turizmin inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycanın çox gözəl dənizi, dağı, meşəsi var ki, bundan faydalana bilər. Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması turizmin daha da yenilənməsi, inkişafı üçün çox strateji və əhəmiyyətli bir addım oldu. Düşünürəm ki, Azərbaycan turizminin inkişafı üçün beş ulduzlu otellərdən savayı, bir az aşağı səviyyədə olan, məsələn, üç ulduzlu otellərin də geniş inkişafına böyük ehtiyac var. Turizm sahəsində olan həmkarlarımızla da bu barədə danışmışıq. Düşünürəm ki, bu sahədə Turizm Agentliyinin sayəsində çox gözəl işlər görüləcək.

- Avstriya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bilirsiniz, 30 ilə yaxındır, Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edilib. Avstriya xalqı Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı hansı məlumata malikdir?

- Avstriyanın rəsmi dairələrinə bu münaqişə tanışdır. Onlar çox yaxşı bilirlər, bu münaqişə haqqında məlumatlıdırlar. Lakin təəssüf ki, ictimaiyyət - əhali bu barədə elə də məlumatlı deyil. Çoxu bəlkə də bilmir. Elə bir hal yaranıb ki, son zamanlarda yeni konfliktlər ortaya çıxıb. Bunlar hamısı köhnə konfliktləri, bir növ, arxa plana atır, kütlənin içində müəyyən qədər unudulur.

- Ermənistan silahlı qüvvələri tərəfindən zaman-zaman atəşkəs pozulur, mülki əhaliyə atəş açılır. Bu haqda danışmağınızı istərdim.

- Sözsüz, mülki insanların öldürülməsi, xüsusilə balaca qızcığazın və onun nənəsinin öldürülməsi çox kədərli, üzücü bir hadisə idi. Avstriya da, Avropa İttifaqı da hər iki tərəfi bu münaqişəni sülh yolu ilə həll etməyə çağırır ki, belə faciəvi sonluqlar, məqamlar olmasın.

- Cənab səfir, iki ölkənin əhalisi, mədəniyyəti, mətbəxində oxşarlıq və fərqliliklər nələrdir?

- Bizim xalqlarımız arasında çox oxşarlıq var. Həm coğrafi, həm də siyasi, tarixi nöqteyi-nəzərdən. Düzü, Azərbaycanda ailə strukturu, ailə anlayışı xoşuma gəlir. Ailəyə verilən önəm, həqiqətən, çox xoşuma gəlir və bunu təqdirəlayiq hesab edirəm.

- Bilirəm ki, ananızla vaxt keçirməyi, tədbirlərə getməyi çox sevirsiniz.

- Mən də ailəyə çox önəm verirəm. Həyatımın müxtəlif məqamlarında ailə üzvlərimizlə bir-birimizə dayaq olmuşuq. Həmişə bir-birimizin yanında, əl-ələ olmuşuq. Təəssüf ki, ailə üzvlərimdən bircə anam sağ qalıb. Buna görə də ona böyük önəm verirəm.

- Səfir kimi Azərbaycanda fəaliyyətiniz başa çatdı, artıq ölkədən getməyə hazırlaşırsınız. Ən çox nə üçün darıxacaqsınız?

- Burada tanış olduğum, dostluq etdiyim çox gözəl insanlar var. Onlar üçün çox darıxacağam.

Tarix
2018.10.31 / 09:07
Müəllif
Sevinc Xan Qızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla