Yuxarı

Nazirin millət vəkili olan qızı tələbəlikdən danışdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstituta imtahan verəndə mənimlə eyni vaxtda adını çəkmək istəmədiyim başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı "şparqalka”ları çıxardı. Sən demə, köçürməyə cəhd edirmiş.

Kult.az xəbər verir ki, bu sözləri “Kaspi”nin “Məktəb illəri” rubrikasının qonağı olan millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tələbəlik xatirələri ilə bağlı danışarkən deyib. Millət vəkili deyib ki, buna baxmayaraq, oğlanı otaqdan çıxarmadılar ki, imtahana hazırlaşsın:

“Bir qədər sonra onu sualları cavablandırmaq üçün çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, "2” yazıb salondan çıxardılar. Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı, ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi, "o nazir oğlu, bu da nazir qızı, niyə bu yaxşı cavab verir, o yox” sualını verdi”.

Müəllimlərinin nazir qızına hörmət etməsinə, dərslərində güzəştə getməsinə gəlincə, G.Baxşəliyeva deyir ki, heç vaxt hansısa müəllimdən güzəşt gözləməyib və buna ehtiyacı olmayıb: "Həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi, ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim. Bəzən imtahanqabağı, gecə də yatmırdım və həmişə də "5” alırdım”.

Qeyd edək ki, Gövhər Baxşəliyevanın atası Baxşəli Baxşəliyev 1970-1987-ci illərdə Azərbaycan SSR-in maliyyə naziri, həmçinin Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olub.

Tarix
2018.11.18 / 22:27
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla