Yuxarı

Ermənistan Mərkəzi Bankından Bakıya təxribat - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olub. Bu adət-ənənə bu gündə yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan digər respublikalardan bir neçə dəfə öndədir.

Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan və Ermənistan ərazilərində yaşayanların əksəriyyətini azərbaycanlılar təşkil etmiş, yun istehsalı və toxuculuq sahəsində onlarında yetərli payı var, bu zaman bir çox qaranlıq məqamlara da tam aydınlıq gəlmiş olar. Bu gün təkcə torpaq iddiası ilə deyil, maddi-mənəvi dəyərlərimizi əlimizdən alıb özününküləşdirməyə çalışan ermənilər tarixi sənədlərdə yazılmış Azərbaycan və azərbaycanlı sözlərini silib, Ermənistan və ermənilər kəlməsi ilə əvəzləşdirərək dünya miqyasında hay-küy qoparırlar.

Ermənistan mətbuatında, həmçinin bir çox ermənipərəst KİV-lərdə bilərəkdən Azərbaycan xalçaları Ermənistan xalçaları kimi təqdim və təbliğ olunur. Ermənistan hökumətinin başçılıq etdiyi bu kampaniya bəzən səngisə də, hərdən gücləndirilir. Bəli, son bir neçə ay ərzində istər sosial şəbəkələrdə, istər də KİV-lərdə Azərbaycan xalçalarının Ermənistan xalçaları kimi göstərilməsi prosesi daha çox vüsət alıb. Bunun da əsas səbəbi Azərbaycanda son dövrlərdə xalçaçılığın inkişaf etdirilməsinə dövlət qayğısının artırılmasıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı tərtib edilib. Həmin proqram üzrə hazırda respublika üzrə 20-yə yaxın xalçaçılıq şəbəkəsi yaradılıb və bunların sayının 2019-cu ilin sonunadək 31 filiala çatdırılması nəzərdə tutulur.

Öz dədə-baba sənətimizi inkişaf etdirmək istəyimizdən xəbər tutan erməni toplumu bu proqrama qarşı adekvat bir addım atıb. Ermənistan Mərkəzi Bankı tərəfindən 25 sentyabrda “Ermənistan xalçası” adlı yeni seriya gümüş sikkələr hazırlanıb. İlk baxışdan çox sadə görünən bu işin arxasında erməni məkri dayanır. İstehsal edilən 8 gümüş metaldan olan sikkələrin bir üzünə həkk edilmiş xalça şəkillərinin hər biri Azərbaycan xalçaçılıq məktəblərinin xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən olan Azərbaycan xalçalarıdır: "Qoçbuynuz Xanlıq", "Lampa", "Qasımuşağı", "Çələbi", "Ziynətnişan" və digərləri.

Tanıtım məqsədi ilə hazırlanan sikkələrin maya dəyəri 1000 dram olmaqla gümüşdən hazırlanmış, ölçüsü 32,5mm x 48,0mm, çəkisi isə 33,6 qramdır. Hər sikkədən cəmi 500 ədəd zərb edilib. Sikkənin hazırlanmasına Anna Xaçatryan və Vardan Vardanyan müəlliflik edib. Onu da qeyd edək ki, sikkələr Litva Respublikasındakı zərbxanaların birində hazırlanıb. Sikkələrin satışı Ermənistan Mərkəzi bankı tərəfindən həyata keçirilir.

Bütün bunlarla yanaşı, Ermənistandan kənarda yaşayan erməni fərdləri və icmaları bu təbliğat maşınının irəliləməsinə yaxından dəstək olurlar. Məsələn, ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles dairəsində yerləşən və ABŞ ermənilərinin çoxunun yaşadığı Qlendeyl şəhərinin mərkəzi küçələrinin birində olan “Artsakh” adlı mağazada bir çox Azərbaycan xalçaları müəyyən restavrasiya aparılmaqla, ya da yeni xalçalar toxunmaqla erməni xalçaları kimi satışa çıxarılır. Bu işlərdə erməni əsilli, məşhur xalçaçı kolleksiyaçı Hratch Kozibeyokian kimilərinin böyük xidmətləri var. Onlar sosial şəbəkədə ətrafına topladığı özü kimi ermənilərlə birləşib təkcə mədəniyyət sahəsində deyil, tarixi gerçəklərə və tarixi faktlara erməni donu geyindirməklə məşğuldurlar. Apardıqları erməniyönlü, həqiqətdən uzaq təbliğat və təşviqat nəticəsində bir çox insanları çaşdırır, doğru ilə yalan arasında seçim etmək məcburiyyətində qoyur. Bu cür faktları sadalamaqla qurtarmaz.

Qeyd edim ki, dünyanın müxtəlif satış nöqtələrindən əldə edilmiş Azərbaycan xalçaları, həmçinin Qarabağ müharibəsi zamanı işğal edilmiş ərazilərdən qarət edilən xalçalar bu tip insanların əlində toplanır, müxtəlif dəyişikliklər aparılır və Ermənistan xalçası adı ilə satışa çıxarılır. Təkcə Qarabağ xalçaları deyil, Borçalı, Quba, Şirvan, Gəncə, Qazax, həmçinin Təbriz xalçalarını da erməniləşdirməyə çalışan ermənilər hər vasitədən istifadə edirlər.

Bütün bunların qarşılığında təkcə xalça toxumaq və onun satışını təşkil etmək bizim üçün çox-çox azdır. Bu sahədə hökumətlə yanaşı, xaricdə yaşayan və xarici dilləri bilən, təcrübəli insanlarında köməyinə çox ehtiyac duyulur. Xalçaların təbliği ilə yanaşı, erməni uydurmalarına qarşı beynəlxalq aləmdə yetərincə maarifləndirmə işlərinin aparılmasına önəm vermək lazımdır. İnanaq ki, itirilmək təhlükəsi ilə üz-üzə qalan və Azərbaycan mədəniyyətinin kiçik, lakin çox dəyərli bir parçası olan, nənələrimizin toxuduğu xalçalarımız erməni təbliğatı maşınının qurbanı olmayacaq.

Tarix
2018.11.27 / 19:13
Müəllif
Sultan Hümbətov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla