Yuxarı

“Ruslara dedim ki, bəs biz qırqovuluq?” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı canlı əfsanə, Azərbaycanın ən təcrübəli kapitan pilotlarından olan Kazım Abas oğlu Amasovdur.

O, 1942-ci ildə Bakı şəhərində anadan olub. Montin qəsəbəsindəki 57 saylı orta məktəbi bitirib. 1962-ci ildə sualtı üzgüçülük üzrə SSRİ çempionatında uğurla iştirak edib. 1962-ci ildə Ukraynada Aviyasiya Akademiyasına daxil olan Kazım bəy eyni zamanda məşğul olduğu idmanı da davam etdirib. Ukrayna birinciliyində qızıl medalla təltif edilib. 1965–ci ildə təhsilini bitirib, Bakıya qayıdaraq Zabrat aviyasiya şirkətində ikinci pilot olaraq işə başlayıb.

Kazım bəy 1975-ci ildə Poletexniki İnistitutina daxil olub. 1982-ci ildə bu ali təhsil ocağını da bitirib. Qızıl medulla təltif olunub. Hazırda Zabrat aviyasiya şirkətində işləyir. Evlidir, bir övladı var. Onunla görüşüb, mənalı həyat yolu haqda danışmasını xahiş etdik…

Ruslara dedim ki, bəs biz qırqovuluq?

- Qarabağla tanışlığım hələ Sovetlər dövrünə təsadüf edir. 1973-75–ci illərdə Azərbaycandan Ermənistana qaz boruları çəkilirdi. Biz də helikopterlərlə bu işə cəlb olunmuşduq. Oralar daglıq ərazi olduğu üçün qaz boruları helikopterlərlə daşınırdı. Amma hardan bilərdik ki, biz bu namərdləri qazla təmin edirik, onlar isə sonra bizim torpaqlarımızı işğal edəcək? İlk döyüş uçuşumuz isə Ermənistan sərhədinə oldu. Güya biz onların qazını kəsmişdik. Moskvadan nümayəndə heyəti gəlmişdi, nümayəndələri apardıq və gördülər ki, bu xəbər yalandır. Ermənilərin növbəti uydurması, bəhanəsidir. Biz ordan ayrılanda ermənilər bizi atəşə tutdular. Lacına qayıtdıq. Bu söhbət böyüdü, bütün günahı da bizim üstümüzə atdılar. Söhbət Mixail Qorboçov səviyyəsinə qədər qalxdı. O da: "Bu nə səs-küydü salmısız", - dedi. Yenə də həmişəki kimi bizi günahkar çıxardılar. Mən də dedim ki, bəs biz nə edək, bizi vururlar axı? Ruslar dedi ki, onlar ovçular idi, bizə atmırdılar. Cavab verdim ki, bəyəm biz qırqovul idik ki, onlar bizi ovlasınlar?

Mal-qara oğruları və xarici kəşfiyyatçı

1989-cu ildə bizi Kəlbəcər komendantının xidmətinə göndərdilər. Komendantla uçub əraziyə nəzarət edirdik. DİŞ-in rəisi gəldi ki, Sevan tərəfdən iki maşın gəlib, bizim ordakı çobanları öldürüb, mal-qara sürülərini qarət edirlər. Həmin dəqiqə 12 nəfər Xüsusi təyinatlı əsgərlə həmin yerə uçduq. İki maşının gəldiyini gördük, bunlar da bizi görən kimi döndülər Sevan tərəfə. Mənə dedilər ki, bunların qabağını kəsə bilərik? Mən də "əlbəttə", - dedim, amma iki desant tullansın paraşutla, onların qabağını kəsssin. Belə də oldu, biz onların qabağını kəsəndə maşınılarını dərəyə sürdülər. Eləmədim tənbəllik, endim dərəyə. Bilirsiz, belə bir qayda var: havada olarkən kaptan pilot nə əmr edirsə, o da olmalıdır. Mən də əmr etdim ki, hər bir məsafədən üç desant tullansın, onları mühasirəyə alaq. Bir də baxdıq ki, iki karabinlə silahlanmış atlı üstümü gəlir. Biz artıq yerə enmişdik. Başladılar bizi atəşə tutmağa. Döyüş başladı. Məni vurmaq istədilər. Bir əsgərimizi yaraladılar. Bu arada helikopterin ust bakı deşildi. Vəziyyət çox təhlükəli idi. Helikopterimiz hər an partlaya bilərdi. Nə isə, onları vurub, ikisini də əsir götürdük. İçlərində xarici ölkə vətəndaşı olan saqqallı biri də vardı. O, əsir alınanda cibindən bir dərman çıxardı, agzına tökmək istəyəndə tutduq, qoymadıq içsin. Bakın deşilməsinə baxmayaraq, onları Kəlbəcərə çatdırdım.

Fransalı senat və erməni atəşi

Bir xatirə də var, unutmaq olmur. Goranboy rayonunun Todan kəndində ermənilər bizimkiləri vururdular. Yaralıları ordan çıxaranda Bayram adlı ikinci pilotumuz vardı, onu vurdular. Bizimlə general Dadaş Rzayev, Cümşüd Nuriyev, Ramil Xosrovov getmişdi. Ermənilər bizi raket atəşinə tutsalar da, imkan vermədim ki, hədəfə dəysinlər.

Bir dəfə də Cəbhə hakimiyyəti dövründə Fransadan bir nəfər nümayəndə gəldi ki, Laçına gedib müşahidə aparacam. Mən ona dedim ki, yox vəziyyət ağırdır, bizi vururlar, ancaq Beyləqan rayonuna gedə bilərk. Ordan sizi maşınla Laçına apararlar. Təbii ki, heç kimə bir şey hiss etdirmədim, vəziyyət elə idi ki, satqınçılıq var idi. Hər şeyi öncədən kimsəyə deməməli idim. Bu fransız da mənə deyir ki, niyə qorxursuz ora getməkdən? Dedim, biz qorxmuruq, amma bizi quş kimi ovlayırlar. Qayıtdı ki, bəs mən senatam, heç nə olmaz. Dedim: "Cənab senat, erməni banditləri hardan bilsin ki, bu vertaliyotda senat əyləşib?" Amma düşündüm ki, bunu Laçına mütləq aparacam, qoy bu deməsin ki, biz azərbaycanlılar qorxağıq. Nə isə, gəldik Beyləqana, orada yanacaq götürdük. Yenidən qalxdıq havaya, Füzuliyə çatanda mənim bort-mexannikim dedi ki, bizi vuracaqlar, hara gedirsən? Dedim, bizi vursalar da, kimsəyə izn vermərəm ki, bizi qorxaq bilsin, Laçına uçuruq. Laçına yaxınlaşdıqda bizi iki dəfə vurdular. Çatanda baxdım ki, helikopterin quyruq tərəfindən iki yerdən vurublar. Senatı çağırıb göstərdim ki, baxın bizi vurublar. O da təəssüfləndi. Onda ona dedim ki, biz tarix boyu belə vurulmağa alışmışıq, buna da dözərik. O, gülümsədi və başını aşağı saldı.

İki tərəf də atəş açdı

Bilirsiz, Qarabağın hər yerindən minlərlə yaralı daşımışıq. Bir dəfə də Füzulidə idik. Yaralıları gözləyirik ki, onları yükləsinlər helikopterə. Bir də baxdım ki, zirehli bir maşın bizə tərəf gəlir. Bu yandan da bir qadın zil maşının üstündən qışqırır ki, ay haray, qaçın, ermənilər gəlir. Əvvəl inanmasam da, bir də baxdım ki, bizimkilər də, bunları bunlar da bizi qrad atəşinə tutdu. Qalmışıq ortada, düşünürəm ki, mən vertaliyotu necə qaldırım ki, iki tərəfin də atdığı qradlar bizi tutmasın. Bir təhər alçaq uçuşla çayların üstüylə quş kimi ordan-burdan uçaraq yaralıları və özümüzü xilas etdim. Heç kim buna inanmadı, hamı elə bilirdi ki, mənim helikopterim vurulub.

1992-ci il də xəbər gəldi ki, Daxili Qoşunlara aid maşını aşıb, 15 nəfər yaralımız var. Onları ordan çıxarmaq lazım idi. Biz ora çatanda artıq hava qaralmışdı. Ermənilər vururdular bu tərəfi. Bütün yaralıları oturtdum, dedim, qalxırıq, amma işıqları yandırmayacam, əgər bizi vursalar, hamı halalaşsın, yox, buranı keçsək, qurtulacağıq. Bizi atəşə tutsalar da, dəqiq olmadılar. Füzulini keçdikdən sonra işıqları yandırıb, mərkəzə əmrin yerinə yetirilməsini məruzə etdim. İçəridə hamı "ura" deyə qışqırdı. O sevinci yaşayanları görəndə bəlkə də 10 il cavanlaşdım. Bu, gözəl duyğu idi.

Xoşbəxtəm ki, bu qədər insanı sağ-salamat mərkəzə çatdırmışdım. Bir dəfə də camaatı Bakıya daşıyırdıq. 35 nəfəri mindirdim və havaya qalxdım, qalxan kimi də bizi vurdular. Beş dəqiqəlik atışma bizə saatlarla uzun gəldi. Yanımda bir gənc pilot vardı, özüm onu ora aparırdım ki, çətinlikləri görsün, pilotluğu öyrənsin, vətənə xidmətini uğurla etsin. Nə isə, bizim bu pilotu ayağnın altından vurdular, arxadakı bir qadını da dizindən yaraladılar. Bu azmış kimi, bir mərmi də sağ bakımıza dəydi. Yanğn olmasa da, tüstüləməyə başladı. Helikopteri aşağı buraxdım, ermənilər bizim düşdüyümüzü düşünsə də, mən onları aldadıb yenidən havaya qalxdım. Mərkəzə vurulduğumuzu dedim, onlar da "Allaha əmanət olun, görün nə edirsiz", - dedilər. Onsuz da onların edə biləcəyi heç nə yox idi. Yevlax aeroportuna çatanda bir motorumuz da dayandı. Amma mən yenə də ümidimi itirmədim. Uğurlu eniş etdim, xilas olduq. Amma yaralanan o xanım xəstəxanaya çatmadı, dünyasını dəyişdi. Sonra helikopterə minəndə gördüm ki, tikə-tikə ət parçaları var. Bu, sadəcə, dəhşət idi.

Çox vaxt soruşurlar ki, bəs ailəli idiniz, çətin deyildimi Qarabağa uçmaq? Bilirsiniz, biz ailəmizə bu haqada danışa bilməzdik. Öncə vətən, sonra ailə. Günlərin bir günü bizim vurulma kadrımızı Rusiyanın NTV kanalı verəcəkdi, mən evdəkilər bunu görməsin deyə, dedim ki, gedin yatın. Getdilər yatmağa. Veriliş başladı, adımız çəkiləndə qohum, dost, qardaş başladı bizə zəng etməyə. Evdəkilər o biri otaqdan telefonu götürüb yoldaşıma deyiblər ki, bəs belə şeylər göstərirlər, siz də baxırdınız? Kazım salamatdı? Yoldaşım da deyib ki, vallah, Kazım bizi yatızdirıb, özü o biri otaqda xəbərlərə baxır. O gün ailəm bilmişdi ki, ermənilər bizi vurublar.

Son uçuşum isə 1994-cü ildə oldu. Mina təmizləyən əsgərləri aparmışdıq. 1995-ci ildə isə tərxis olmuşam. Ancaq şəxsən sabah da Qarabağa uçub, hər hansı bir xidməti yerinə yetirməyə hazıram. Bir övladım var, Moskvada hüquqşünas kimi fəaliyyət göstərir. Döyüş başlasa, Qarabağa gəlməyə söz verib.

Tarix
2014.12.14 / 11:41
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla