Yuxarı

“Ocaqovun bu hərəkəti mənə dərs oldu”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keçmiş davamedici zaman" layihəsində:

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları xalq artisti Hacı İsmayılov və aktyor Bəhruz Vaqifoğludur.

Layihənin növbəti sualı belə oldu:

- Hansı rejissor çəkiliş zamanı sizə qarşı daha tələbkar olub? Ümumiyyətlə, rejissor tələbkarlığı film çəkilişlərində vacib şərtdirmi?

Xalq artisti Hacı İsmayılov Rasim Ocaqovun ona çox yaxşı "dərs" verdiyini bildirdi:

"Mən çox rejissorla işləmişəm - Rasim Ocaqov, Vaqif Mustafayev, Ceyhun Mirzəyev və s. Amma bunların içində ən çox işlədiyim Rasim Ocaqov olub. Rasim müəllim çox tələbkar, işini yaxşı bilən rejissor idi. O, mənimlə ilk filmimiz olan "Ad günü" filmində elə işləmişdi ki, sanki başqa filmlərə də hazırlamışdı məni.

Bir dəfə "Ad günü" filminin çəkilişinə gecikmişdim, Rasim müəllimdən üzr istədim. Dedi, əşi, eybi yox, gecikmisən, əcəb eləmisən. Çəkilişdən sonra biz bir aktyorun ad gününü qeyd eləməyə gedəcəkdik, buna görə pul yığılırdı. Pulun pul vaxtında 10 manat verdim, amma gedəndə məni dəvət eləmədilər, bu mənə dərs oldu, başa düşdüm ki, çəkilişə gecikmək olmaz.

Film çəkilişində aktyor rejissorun dediyini eləməlidir. O, sadəcə, təklif verə və bəzi improvizələr edə bilər, qalan şeylər rejissorun işidir. Mən şəxsən heç vaxt kobud rejissorla rastlaşmamışam, işlədiyim rejissorlar, sadəcə, tələbkar, işinin peşəkarları olub".

Bəhruz Vaqifoğlu tələbkarlığın daha çox aktyordan asılı olduğu qənaətindədir:

"Hər rejissorun öz iş üslubu olduğu kimi onun tələbləri də öz şəxsiyyətinə uyğun olaraq dəyişir. Tələbkarlıq vacib məsələdir. Əgər rejissorda o yoxdursa, onunla işləməyə dəyməz. Tələbkarlıq onun işinə məsuliyyətindən, gördüyü işin vacibliyindən, işini nə dərəcədə bildiyindən xəbər verir. Rejissor aktyoru yoxladığı kimi, aktyor da rejissoru yoxlayır. Sadəcə, aktyor bunu hiss elətdirmir. Sərbəstlik aktyorun özündə olmalıdır. O da o vaxt olur ki, aktyor öz işini mükəmməl dərəcədə bilir. Verilən tapşırıqların içində çox rahatlıqla hərəkət edir. Rejissor da o aktyordan arxayın olur və ona lazımi qədər sərbəstlik tanıyır. Əgər aktyor çəkiliş meydanına hazır gəlmirsə, burada rejissoru günahlandırmaq lazım deyil. Demək, o aktyora sərbəstlik vermək olmaz. Adi bir misal çəkim: heç bir valideyn öz körpəsini sərbəst buraxmır. Həmişə nəzarətdə saxlayır. Artıq o körpə böyüyüb özü sərbəst olandan sonra valideyn də rahat şəkildə öz işi ilə məşğul olur, övladını sərbəst buraxır.

Mən indiyə qədər rejissor kobudluğu ilə qarşılaşmamışam. Əgər qarşılaşsam, sakit qalmaram, cavab verərəm. Cavab verməsəm, ekranda oynadığım obrazın arxasında özünə inamlı yox, aşağılanmış bir aktyor kimi görünərəm. Mən isə bundan çox qorxuram".

Tarix
2015.06.18 / 08:30
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla