Yuxarı

Burda hər şey pulladır…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da, əslində bu kitablar sonradan - gerçək həbsxana həyatını yaşadıqdan sonra – mənə çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı deyim ki, heç kəsə arzulamadığım bu həyatda sonralar danışılası, xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub ki!

Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da bir məktəb olduğu deyilir. Bu, doğrudur.

Ömründə heç zaman qarşılaşmayacağın olayları yaşamaq, ağrılara dözmək, Tanrının "ümid" adlı ətəyindən yapışmaq, min sifətli insanlarla gözəgörünməyən çəkişmələrdən qalib çıxmaq, yerli-yersiz "razborkalardan prav çıxmaq", əslində, böyük bir məktəbin müdavimi olmaqdır. Bu "məktəbin" layiqli məzunu olmaq da hər kəsə nəsib olmur.

Mənim Bayıl qəsəbəsində yerləşən və sahibkarın öz adını daşıyan "Ziba xanım Həsənovanın klinikası" adlı özəl bir tibb klinikasının rəhbəri tərəfindən şərlənərək həbs olunmağımla bu məktəbdə müdavimliyim başlamışdı. İndi çoxdandır məzunluq dövrünü yaşayıram.

Haqq nazilir... və üzülür...

Dustaqların aşağılanması bütün ölkələrdə müşahidə olunub. Sözsüz, CCM-də heç kəsin saçı sığallanmır. Baxmayaraq ki, müşahidələrimə söykənib belə halların da mövcud olmasını əminliklə deyə bilərəm. Bu, ən çox dustağın özünün bacarığı nəticəsində görüntü olaraq nəzərə çarpır. Adminstrasiya tərəfindən qorunan dustaq zamanı çatanda elə dustaqlar tərəfindən sındırıla bilər. Bu haqda ötən yazımızda bəhs etmişdim, türmədə belə şeylər bağışlanmır.

İkinci qisim "xoş gün keçirən" dustaqlar isə cinayət aləmində sözünü deyənlərdi ki, onlara qarşı da türmə işçiləri ciddi və bəzən də qəddar mövqe sərgiləyirlər.

Orada – içəridə bunun çox şahidi olmuşam. Bu o vaxtlar idi ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov idi və eşitdiyimə görə, cəzaçəkmə müəsisələrindəki neqativ hallar haqda eks-rəisi mütamadi olaraq məlumatlandırsa da, məsələlər həllini tapmırdı.

Mənə çox ağır gəlirdi bəzi "nadzorların", zabitlərin 3-4 manat üçün özlərini iyrənc formaya salmaları, kimsəsiz, "dişsiz" dustağı şərləmələri. Azadlıqdan məhrum olunanların hüquqlarının onlar tərəfindən də pozulması insan deyilən varlığın içində nə qədər çirkabın olmasından xəbər verirdi. Artıq mənsub olduğum millətin belə nümayəndələrinin olmasına vərdiş etmədə idim. Həbs olunmamın səbəbləri istintaqımı aparan Baş Prakurorluq yanında Korrupsiya İdarəsinin Tarıyel Əhmədov adlı müstəntiqinin səmimi etiraflarından sonra millətimin içində heç də başının üstündə Allahı, ayağının altında axirət dünyasına gedəcəyi 2-3 kv. metr torpağı görməyənlərin olduğunu bilirdim. Amma içəridə qana susayan, 2-3 manata görə mənliklərinə kölgə salacaq insanabənzərlərin olacağını görmək daha dəhşətli idi.

Burda hər şey pulladır. Pulun varsa, sən yaşayacaqsan; pulun varsa, bəzilərinin qabağında şeşələnən yüksək rütbəli zabit "sənnlikdi": o, sənin "ayağındı". Göndərəcəksən hara gəldi. Yazdığı "malyava"nı da istədiyin yerə çatdıracaq, sifariş verdiyin qəzet-jurnalı da alıb sənə gətirəcək və ilaxır və sair.

Burada yalan ayaq tutub yeriyir, haqq məşhər ayağına çəkilir, nazilir və üzülür. Yaxşı ki, dustaqlar ağır vaxtlarda bir-birlərinə arxa durmağı, mənəvi dayaq olmağı bacarır. Əgər belə olmasaydı, məhrumiyyətlə dolu olan uzun dustaq həyatımı sağ-salamat başa vurmaq heç də asan olmazdı. Baxmayaraq ki, azadlıqdan məhrum olanların əksəriyyəti i"içəridə" pis əməllərə aludə olub çıxırlar…

Şahidi olduğum hadisələrdən yeri düşdükcə bəhs edəcəyəm…

Tarix
2014.01.10 / 17:56
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla