Yuxarı

“Qızlarımız bara əylənməyə gəlmirlər” – Gecə həyatı/Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gecə həyatı" layihəsinin oxucuların marağına səbəb olduğunu hər dəfə hiss edirik. Bəlkə də bu, reportaj hazırladığımız məkanlara oxucuların az-çox bələd olmasından doğur – onlar bu yerlərə bir jurnalistin burun soxmağının necə təhlükəli olduğunu yaxşı bilirlər. Təhlükə və yasaq isə həmişə ilgini ikiqat çəkir.

Klubları, barları qapı–qapı gəzib maraqlı görünən, əylənə bilən insanları axtarırıq. Bizimçün maraqlı olan onların əyləncəsi deyil təkcə, iç dünyaları, sosial həyatları, dünyaya zirzəmidən boylanan baxışlarıdı.

Onu da deyim ki, getdiyimiz klublarda əcnəbilər üstünlük təşkil edir. Buna səbəbin klubların baha olmasını deyirlər, əslində bəlkə də əksinədir – klublar məhz o xaricilərə görə bahadır?

"Chivas Regal" 50 qramı 50 manat

Bu dəfə "Locco"klubu seçdik.

Burada canlı musiqi, əyləncə saat 11-dən sonra başlayır. 100-150 nəfərin sığışdığı bu klubda da müştərilərin çoxu xaricilərdir. Klubda iynə atsan yerə düşməz və mən bu basabasın içində izdihamı yara-yara barmenə tərəf gedirəm.

Hündürdaban ayaqqabı və şort

Barmeni iş başından ayırmaq çətin olmur, müsahibə almaq istədiyimi biləndə etiraz etmir, işindən ayrılıb mənimlə çox səmimi söhbət edir. Hiss olunur ki, darıxır. BDU-nun Filologiya fakültəsini bitirən müsahibimin adı Hacıdır. 24 yaşı var, ancaq həyatda çox çətinliklər gördüyünü deyir.

- "Chivas Regal",- barmen "Burda ən bahalı içki hansıdır?" - sualıma dərhal cavab verir. 20 illik içkidir, 50 qramı 50 manatdır. O qiymətə olması normaldır. Daha sonra pivələr gəlir – bir parçı 5–6 manat. Kokteyllər 10 manat, yeməklər isə elə də bahalı deyil - 10-15 manata pizza, 10 manat "Club Sandwich". "Pizza İnn"də burdan da bahadır. Ona görə də buranı elə də bahalı saymaq olmaz, sadəcə, bizim gənclərin cibinə uyğun deyil.

Gecə klublarında, barlarda əxlaqsız qadınlar çox olur

- Azərbaycanlı gənclərə gecə həyatını məsləhət görmürəm. Əxlaqsız qızlar çox olur. Xüsusi ilə bar adı ilə fəaliyyət göstərən zirzəmiləri deyirəm. Oralar əxlaqsızlıq yuvasıdır. Ona görə də bizdə bar deyəndə hər kəsin gözünün qarşısına zirzəmi həyatı gəlir. Bakıda isə əsil gecə həyatı yoxdur.

Azərbaycan qızları kluba gələndə düzgün geyinmirlər

Hacı qızlarımızın bara gəlməsinə pis baxmır, ancaq:

- Normal barlar var, gəlsinlər, əylənsinlər, pis baxmıram. Amma Azərbaycan qızları kluba gələndə düzgün geyinmirlər. Mən Avropada olmasam da, kinolarda görmüşəm ki, oradakı qadınlar kluba idman paltarlarında gəlirlər. Əylənmək, atılıb-düşmək rahat olsun deyə. Hündürdabanla gəlib necə əylənmək olar axı? Qadın birdən içkini çox içdi, ayağı büdrədi, yıxıldı, əzildi.

Gecə klublarına gələn qızlara güvənmək olmaz

- Qoy oğlanlarımız bilsinlər: kluba gələn qızların çoxu yalançı olur. Evdən normal paltarda çıxırlar, taksidə şort geyinib kluba girirlər. Yaxud köynəyini qaldırıb göbəyinin üstündə düyünləyir. Bura əyləncə yeridir, özünü göstərmə yeri yox.

Özünü toyxanada hiss edən gənclər

Bizim gənclərin maraqlı xasiyyətləri var. Əylənməyi yaxşı bacarmırlar. Bir də görürsən yaxınlaşıb DJ-ə deyir, al bu 5 manatı, filan mahnını qoy. Dünyanın heç yerində belə bir şey yoxdur ki, Dj-yə yaxınlaşıb musiqi sifariş verəsən. Sanki toyxanada hiss edir özünü.

Bizimkilər üçün deyil klub

Bura gələnlərin çoxu xaricilərdir. Əylənmək, klub mədəniyyəti elə onlara məxsusdur. Bizimkilər üçün deyil klub. Amma məni ən çox yandıran odur ki, bizim vətənimizdə onlar bizdən çox pul qazanırlar. 100 manat "çay pulu" verənlər var.

Qışqıra-qışqıra sağollaşmaq

Gecə həyatı "Locco" klubda getdikcə canlanır. Bu qədər səs-küyün içində Hacı ilə söhbətimizi güclə yekunlaşdırıram. Qışqıra-qışqıra sağollaşıb bu həftəki "Gənclərin gecə həyatı" layihəsinə yekun vururam, növbəti görüşə qədər.

Tarix
2014.01.13 / 10:40
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla