Yuxarı

Akula Tolikin milis sevgilisi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Akula ilə dostluğum ikimizin arasında baş verən mübahisədən başlamışdı. Doğrusu, həbsxana həyatında tanış olduğum və bu gün də əlaqə saxladığım insanların bəziləri ilə ünsiyyətə mübahisələrdən başlamışıq.

Necə deyərlər, əvvəlcə çəkişib, sonra bərkimişdik. Akula Toliklə də aramızda yaşanan mübahisəmizin sonu sözün həqiqi mənasında çoxlarının qibtə edəcəyi səmimi münasibətə çevrildi. Etiraf edim ki, bu mübahisədə günahkar mən idim.

Sən mənim başımı nə ilə "sravnit" edirsən?"

Hadisə belə olmuşdu. Bir dəfə Akula mənə: "Dur, əlini yu, bayaqdan sənə fikir verirəm, əlini hara gəldi sürtüsən",- deyə hökm etdi. 25-ci "xata"ya "düşdüyüm" günün səhəri bu bədheybətin mənə belə münasibəti, əlbəttə ki, ürəyimcə olmadı. Həm də ilk gündən necə qarşılanmağın və özünü necə göstərməyin sonrakı həyatını necə yaşamağın demək idi. İlk dəfə tutulsam da, mənim həm də dənizçi olmağım, gəmidə uzun müddət torpaqdan və insanlardan təcrid olunmuş halda yaşamağım bir növ həbsxana həyatına alışmış kimiydim. Akulaya:

- Əvvəlcə, sən əllərini yu, səhərdən daz başına sürtürsən,- deyib, cavab qaytardım. Görünür belə cavab gözləmirdi:

- Ey, tı, ne... sebya, sən mənim başımı nə ilə "sravnit" edirsən?" – yarı rus, yarı Azərbaycanca çımxırıb yerindən qalxdı. Əlbəttə, Tolik pərt idi və mənim dikbaşlığımın dava-dalaşla bitəcəyini kameradakılar səbirsizliklə gözləyirdilər. Amma belə olmadı. Tolik nə fikirləşdisə, "yaxşı, jurnalist, səninlə hələ sonra danışarıq, görək, özünü necə göstərəcəksən",- deməsi kameradakı "mutilşik"lərin kefinə soğan doğradı.

Ağamirzənin köməkçisi

Akula ilə münasibətimiz isə tam mənada mənim bir İran İslam Respublikasından olan dustağı müdafiə etməyimdən sonra başladı. Əslən Ərdəbildən olan və narkotik üstündə həbs olunan Baba adlı birisini kamerada davamlı olaraq təmizlik işlərinə və çay dəmləməyə vadar etmələrini düzgün hal hesab etmədim:

- Bəs deyirdiniz, bura qardaşlıq "xata"sıdır, indi nə oldu, qərib adamı, kimsəsizi belə "qonyat" edirsiniz? - deməyimə Tolik haqq qazandırdı. Baba mənə yazıq-yazıq baxdı və gözləri yaşardı. Yaşı 50-ni keçmiş birinə bu münasibət haqsızlıq idi. Həm də dustaqlar, əslində bununla türmənin yazılmamış qanunlarını pozudrdular ki, həmin qanunları da mən elə onlardan öyrənirdim. Masallıdan olan Xanlar kişi, lənkəranlı Füzuli, Sumqayıtdan olan güləşçi Əsgər və digərləri mənimlə bir məsələdə razılaşmadılar:

- Şair, sən düzgün etmədin, bu adam özü xidmət etməyə meyillidir,- dedilər. Hər halda, mən müdafiəmi axıra qədər etdim və "smatriyaşşi"miz Mir Aqilin "Şair düz deyir, Akula da belə düşünür, mən də bu qənaətdəyəm, haqsızlıq olmaz",- deməsi məsələnin "sülh" yolu ilə həll olunmasına səbəb oldu. Amma cənublu qardaşımız yenə də heç kəsə aman vermədən əvvəlki işlərini görürdü. Xatanı silib-süpürən, tez-tez çatı təmizləyən Baba "kutoka"- ərzaq rəfinə baxan Ağamirzənin köməkçisi kimi küncdə oturdu.

Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi

Akula deyirdi:

- Mən çox böyük əməlliyyatlarda iştirak etmişəm. Bizim "qruppirovka"nın hakimiyyətlə sıx əlaqəsi vardı. Təsəvvür elə, Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi və qardaşların xətasız qalmasına da yardımçı olmuşdu. Mənə isə diqqət daha çox idi. Çətin əməliyyatlara mən göndərilirdim.

Fin körfəzində qətl

Tolikə inanmamaq olmurdu. Bir dəfə italiyadan olan iş adamlarını necə Fin körfəzi tərəfə apardıqlarını, öldürüb dənizə atdıqlarını danışdı:

- Piterə 4 vaqon çaxır gətirmişdilər. Pulunu guya biz verəcəkdik. Görüşdük. 3 nəfər idilər. Onları maşına otuzdurub guya şəhər kənarına istirahətə aparırdıq. Dənizin qırağında var-gəl etmək adı ilə maşından düşdük. Elə mehriban idilər ki... amma öldürməli idik...

Xəfiyyə ilə sevgi

Tolik hadisələri bütün təfsilatı ilə nəql edirdi. Bir dəfə gənc bir rus qadının onunla dostluq etmək istədiyini və bu dostluğun çox uzağa getdiyini söylədi:

- Qadın mənə vurulmuşdu. Bu qədər istəyin qarşısında dözə bilmirdim. Xaraktercə kobud admam. Amma çox gözəl idi, qadının kişiyə olan hərisliyi də bunda tamamilə fərqli idi. Pişik kimiydi: sığalı sevirdi, həm də sevişərkən pələng kimi az qalırdı adamı yeyə. Qərara almışdım ki, münasibətə son qoyam. Çox şeyə burnunu soxur, dostlarımla da maraqlanırdı. Nə isə, ona dedim ki, bizimki bura qədərdi, mən Bakıya - atamın yaşadığı şəhərə gedirəm. Aralandım ondan. Amma yenə axtarıb məni tapdı. Sevirdi məni, dedi, mənimlə qalsan, sənə bir məsələni etiraf edərəm. Nəyi etiraf edəcəyini soruşdum. Milis işçisi olduğunu, mənimlə xüsusi tapşırıqla tanış olduğunu, lakin gerçəkdən sevməyə başladıqdan sonra mən və dostlarım da bilmədən bizləri mühafizə etdiyini, lazım olan informasiyaları milis şöbəsinə çatdırmadığını dedi.

Könlünü qırmadım, bir neçə gün qonağı oldum. Amma bir şərtlə: "Səninlə yaxınlıq edəndə milis formanı əyninə gey",- dedim. Razılaşdı. Əynində milis forması olarkən yaxınlıq edəndə gözlərimi yumur və tanıdığım bütün paqonluları xəyalımda canlandırırdım. Bəzən bu məqamlarda bu akt çox uzun çəkirdi. Qadına həm xoş olurdu, həm də soruşurdu ki, niyə belə uzun çəkir? Deyirdim, tək deyilsən, sənin simanda bütün kollektivinizi "oformit edirəm".

Sektanın pul kassası və Tolikin rəhmi

Akula Bakıda qeyri-qanuni fəaliyyət göstərən bir dini sektanın ofisinə hücumla bağlı uğursuz əməliyyatdan sonra həbs olunmuşdu. Daha doğrusu, əməlliyyat uğurla başa çatsa da, sonradan xəfiyyələrimizin səyi nəticəsində aşkarlanmışdı. Əvvəlcə sektanın gecə gözətçisi ilə bir neçə dəfə "təsadüfən" rastlaşıb münasibət quran "qonaqlar" bu təsadüfi qarşılaşmanı yeyib-içmək məclislərinə, ordan da dostluq səviyyəsinə qədər uzada bilmişdilər. İş o yerə çatıbmış ki, gecə keşikçisi olan "dost" onları sektanın içərisinə də buraxırmış. Hazırlıqlı olan dostlar yeyib-içirmişlər. Tolik yığılan ianələrin yerini və məbləğini dəqiq öyrənmək üçün sektaya üzv yazılır, ayinlərdə iştirak edir və ianə verir. Bir müddətdən sonra "kahinlərin" sevimlisi olan Tolik pulların hansı otaqda, hansı seyfdə və təxmini miqdarını hesablaya bilir. Gecənin birində yenə də yeyib-içmək məclisi qurulur. Tolik deyir, gözətçinin öldürülməsinə imkan verməyib: "Ona hədə-qorxu gəldik, əl-qolunu bağladıq, gözünün altını qaraltdıq ki, desin basqın olub. Hələ pul da boyun olduq. Amma o əclaf bizi ələ verdi. Düzdür, ifadəsində mənim ona yazığım gəldiyini, öldürməyə qoymadığımı deyib".

Akula 9 il həbs cəzası alıb, 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. İndi çox güman ki, azadlıqdadır.

Tarix
2014.01.25 / 08:55
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla