Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


“Qan, parçalanmış meyitlər gördüm, lakin...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı İbrahimov Kamil Məhi oğludur. O, 1966-cı ildə Tərtər rayonunda anadan olub. Burada boya-başa çatıb. 1984-1986-cı illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Ailəlidir, 3 övladı var. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Müsahibəyə başlamazdan əvvəl Kamil bəy çox küskün görünür, danışmaq istəmirdi. Sonradan razılaşdı. Onun nə qədər zəhmətkeş, vətəni üçün olduğu kimi ailəsi üçün də fədakar biri olduğunun şahidi olduq. Niyə bu qədər ümidsiz, küskün olduğunu öyrənməyə çalışdıq.

Müharibə dəhşətli şeydir...

- Kamil bəy, savaş yolunuz necə başladı? Döyüşsəniz də, müharibədən heç nə danışmaq istəmirsiniz, səbəb nədir?

- Əvvəla, Axar.az-a minnətdarlıq edirəm ki, bizim kimi unudulanlarla müsahibələr edib, problemlərimizlə maraqlanırsınız! Ona görə danışmaq istəmirəm ki, vətənimi qarşılıqsız qoruduğum halda, mənə veteran adı vermirlər ki, pensiya alıb balalarımı yaşadım. Ailəmlə birlikdə Yasamal rayonu ərazisində kirayə yaşayıram, aldığım maaş ancaq kirayə puluna çatır. Ailəm yarıac, yarıtox yaşayır. Buyurun, bu da müraciətimlə bağlı sənədlər (sənədlərini təqdim edir. - N.C.).

Bəs mənim üzüm necə gülsün, döyüş haqqında nə danışım? Mühafizəçi işləyirəm, 230 manat maaş alıram. Bu da mənim evimin kirayə puluna çatır ancaq.

- Kamil bəy, bizə döyüş xatirələrinizi danışmağınızı istəyirik, yersiz çıxmırsa...

- Sovet ordusunda xidmət edib vətənə qayıtdım, müxtəlif yerlərdə mühafizəçi işləyirdim. Vəziyyət pisləşəndə könüllü olaraq müxtəlif yerlərdə xidmət etdim. Sonra isə 1992-ci ildə Daxili İşlər Nazirliyinə müraciət edərək, döyüşmək istədiyimi bildirdim. Məni Ağdərə rayonuna yolladılar, orada döyüşməyə başladım. Müharibə dəhşətli şeydir, bunu ancaq orada olanlar bilər. Mənim üçün ağırdır o günlərdən danışmaq. Sizə tək deyə biləcəyim odur ki, getdiyim gündən qan, parçalanmış meyitlər, gördüm. Dəfələrlə hücum əməliyyatlarımız uğurlu oldu, ancaq arxadan dəstək gəlmədiyi üçün qanla aldığımız kəndlər ermənilər tərəfindən geri alındı.

Gənclik inkişaf edəcək

- Hansı bölgələrdə döyüşmüsünüz?

- Drambom, Sərsəng, Paprəvənd və başqa cəbhəboyu istiqamətlərdə döyüşmüşəm.

- Kamil bəy, Azərbaycan gəncliyindən razısınız?

- Xeyr, gəncliyimiz milli ruhda böyümür, onlarla razılaşa bilmirəm, ancaq bizim gəncliyimiz inkişaf edəcək.

- Döyüşlərə getməzdən əvvəl də belə bədbin idiniz?

- Heç kəs anadan bədbin doğulmur, nə baş verirsə, yaşadığın həyata görə formalaşır. Bu qədər faciəni, müharibəni görmüş biri bu gün halalca veteranlığını ala bilmirsə, daha nə deyim?! Mənim rayondan bura köçməyimin səbəbi bax budur.

Qarabağ qazisi ilə belə davranılırsa, bəs mənim necə üzüm gülsün, döyüş haqqında nə danışım? Hazırda mühafizəçi işləyirəm, 230 manat maaş alıram. Bu da mənim ancaq evimin kirayə puluna çatır. Hər kəsdən, hər yerdən uzaqlaşdım.

Döyüşə gedəndə mənfəətsiz getmişdik

- Müharibə başlasa, yenə gedərdinizmi?

- Əlbəttə! Allaha şükür, bu gün ölkəmizin güclü ordusu, silahı var. Ali Baş Komandan əmr versin, gedib İrəvanı da alaq.

- Aidiyyəti qurumlara hansı sözünüzü çatdırmaq istəyirsiniz?

- Burdan aidiyyəti qurumlara səslənirəm: mənə kömək edin, veteranlıq statusu ala bilim. Ev, maşın, bir qara qəpik belə almıram. Axı biz döyüşə gedəndə mənfəətsiz getmişdik, axı biz bu vətənə sevərək xidmət etmişdik. Bizim sonumuz belə olmalı idi? Mənim prezidentimizə sevgim, hörmətim sonsuzdur! İnanıram ki, onun bizim haqqımızda məlumatı yoxdur, əgər olsaydı, çoxdan bizi bu vəziyyətdən çıxarardı.

Tarix
2016.01.25 / 09:02
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyevin çıxışı hamını qorxuya salmışdı – Bünyadovun qatili

Bünyadovu öldürməkdə məqsəd bu idi – Qatilin şok etirafı

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Ziya Bünyadovu başqası bilib öldürdük - qatilin şok etirafları

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Akademikin qatilinin sensasion etirafları - Foto

Akademikin qatili həbsxanada danışdı - Sensasion açıqlamalar

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

Behbudovla Oqtay Ağayev niyə düşmən oldu? - Axar TV

Türkiyəli qız Azərbaycana gəlir, meşədə... – Pərvizin çəkdiyi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla