Yuxarı

“Xan Şuşinski dedi ki, onlar məni...” - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Qızıl duetlər" layihəsinin onuncu dueti böyük sənətkarların – Xan Şuşinski, Yaqub Məmmədov və Sara Qədimovanın birgə ifa etdiyi "Qarabağ şikəstəsi" triosudur.

Bənzərsiz səs sahibi Xan Şuşinski 1901-ci il avqustun 20-i Şuşa şəhərində anadan olub. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin böyük təsiri olub.

Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutur.

Onun tələbəsi, digər korifey sənətkarımız Sara Qədimova da istər ifa etdiyi mahnılara, istərsə də gözəl səsinə görə sevilir. Sara Qədimova ustadı Xan Şuşinski haqda xatirələrində onun necə böyük sənətkar və insan olduğunu bu cümlələrlə bildirmişdi:

"Xan Şuşinskinin böyüklüyü haqda danışmağa ehtiyac yoxdur. Biz onunla İran, Özbəkistan və başqa ölkələrdə olmuşuq. Bir dəfə Filarmoniyadan çıxıb harasa gedirdik. Tələbələr, müəllimlər də bizə baxırdılar. Birdən Xan mənə dedi ki, Sarış, onlar sənə baxmağa çıxıblar, ya məni izləyirlər? Mən də cavab verdim ki, Xan, sən yaraşıqlısan, əlbəttə, sənə baxırlar. O da qayıtdı ki, yox, sənə görə çıxıblar, Sarış. Həmişə mənə Sarış deyə xitab edərdi".

Duetin digər nümayəndəsi isə görkəmli xanəndə Yaqub Məmmədovdur. O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağda boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, musiqi və poeziya sahəsində dərin biliklər qazanıb.

Sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammofon vallarına yazılmış muğam dəsgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.

Tarix
2016.02.21 / 10:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla