Yuxarı

"Tankist bizi satdı, dayım tikə-tikə oldu..." - Cəbhə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin qonağı Məmmədhəsən Murad oğlu Həsənovdur. M.Həsənov 1971-ci ildə Füzuli rayonunun Dinvanalılar kəndində anadan olub. Birinci Qarabağ müharibəsi qazisidir, ailəlidir.

Səkkiz nəfər bir avtomatla döyüşürdü

- Sovet hökuməti dağılanda sonuncu imperiya əsgərləri olmuşuq. Orduda qulluq etdikdən sonra vətənə qayıtdım. Ermənilərlə müharibəni tam başa düşmürdüm. Evə gələndə gördüm ki, qardaşlarım posta gedir. Dayılarım mənə deyəndə ki, silahımız da var, inanmadım. Dörd qardaşım və dörd dayım gecələr keşik çəkirdi. Yalnız 1 ədəd silahımız var idi. Yəni 8 nəfərə bir avtomatla başlamışıq müharibəyə. Bu silah Pakistandan gətirilmişdi.

***

Müharibənin ilk illərində hamı cəbhəyə ürəklə gedirdi. Allahverdi Bağırov, Əliyar Əliyev, Arif Paşayev və digərlərini görmüşəm. Atama dedim ki, mənə də izn ver, sənin yerinə gedim posta. Atam çox əsəbi adam idi. Evin sonbeşiyi olduğumdan heç nə demədi. Bircə bunu dedi ki, get evə, danışarıq. Axşam anam mənə dedi ki, atan deyir, oğlun gedib hərbi çağırış məntəqəsində qeydiyyatdan keçsin.

Sovet ordusunda çavuş olduğumdan məni birbaşa bölük komandiri təyin etdilər. Beləcə müharibədə iştirakım başladı.

İçimizdəki rus satqın idi...

Qızğın döyüşlərimiz olurdu. Bu müharibədə ukraynalılar bizə kömək edirdi. Türkiyə və Pakistandan bizə silahlar un kisələrində gəlirdi. Buna baxmayaraq, silah çatışmırdı.

***

Bir dəfə Şuşada güclü hücum oldu. Gülbahar adlı qadın döyüşçümüz vardı. Təkbaşına vuruşmuşdu. Ermənilər dəli olmuşdu, gözlərinə inanmırdılar. Nəhayət, bir gün Veysəlli postuna erməni hücumu oldu. Mən dayımla birlikdə döyüşürdüm. Həmin ərazidə düşmən texnikası və canlı qüvvəsi barədə bütün kəşfiyyat məlumatlarını öyrənmişdik. Ancaq hardan bilərdik ki, içimizdəki tank sürən rus satqın imiş. Onun adı Serjik idi. O, birinci bizim evi vurmuşdu. Onda qardaşım şəhid oldu. Əslində, bizi də öldürəcəkdilər. Amma olduğumuz yerin qabağında qoz ağacı vardı, mərmilər ağaca dəyirdi. Beləcə xilas olduq. Sonra ərazini minalamağa başladıq.

Dayım tikə-tikə olmuşdu

Evlərimizi vuran tankı gətirməyə qərar verdik. 5 maşınla yola düşdük. Qabaqda 4 maşın gedirdi. Biz ən axırıncı idik. Amma minaya düşən elə biz olduq. Dayım şəhid oldu, mən isə ömürlük şikəst. Çox dəhşətli səhnə idi. Dayım tikə-tikə olmuşdu. Yanımdakı bir əsgərin beli ortadan parçalanmışdı.

Nəhayət, ailəm gəldi və məni helekopterlə xəstəxanaya gətirdilər. Özümdə deyildim. Nə qədər çalışsalar da, gözümü aça bilməmişdim. Ancaq anamın bir "ay bala" sözü məni oyatdı. Gözümü açanda onu əsgərlikdə aldığım donda gördüm.

Bir ailədən iki qardaş əlil, bir qardaş isə şəhid

Mənim bir qardaşım dəli olacaq dərəcədə kontuziyalıdır. İndi danışa bilmir. Qardaşım erməni başı, qulağı gətirib. Çoxlu əsirlər gətirirdi, sonra bizimkilərlə dəyişirdik. Bir ailədən iki qardaş əlil, bir qardaş isə şəhid olub.

***

1993-cü ildə tərxis oldum. Hazırda Mina Qurbanlarının Sosial-İqtisadi Həllinə Kömək İctimai Birliyinin rəhbəriyəm. Prezident təqaüdü və pensiya alıram.

İndi məktəblərdə fərqli tədbirlər təşkil edirik, marifləndirmə işləri ilə məşğul oluruq. Gənclər vətəni sevməlidir. Hər bir insanın həyatda bir təyinatı olur. Mənim də bəxtimə döyüş yazılıbmış, peşman deyiləm.

Tarix
2016.02.22 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla