Yuxarı

Aqşin Yenisey Əli Əkbərin kitabını evində hara qoyub?..

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tanınmışların kitabxanası" layihəsi bu həftədən etibarən "Axar.az"da olacaq. Bu layihə ilə siz tanınmış insanların evindəki kitabxana ilə tanış olacaq, hər həftə bizimlə birgə bir tanınmışın evinə yollanacaqsınız. Bu dəfə kitabxanasını sizə təqdim edəcəyimiz qonaq şair Aqşin Yeniseydir.

Qonağımızla əvvəlcədən razılaşdığımız kimi həftəsonu yaşadığı evdə görüşdük.

Öncə yeməkdir

Şairin bir adəti var ki, evə gələn dost-tanışla, qələm əhli ilə yeyib-içməyi çox sevir. Adəti üzrə bir az yeyib-içdikdən söhbətləşdikdən sonra kitablardan danışmağa başladıq. Kitablardan söz düşəndə şairdən Əli Əkbərin kitabını qonaq otağının qapısının altına qoyduğunu göstərib səbəbini soruşduq:

Siyasiləşdirməyin!

"Hə "Tanrıların qürubu"dur. Vallah, Əli Əkbərlə heç bir qəsdi-qərəzliyim yoxdur. Qapının altına qoymuşuq ki, qapı bağlanmasın. Hansı kitab olsa, qoyardım, fərq eləmir. Siyasiləşdirməyin".

Aqşinin işi-gücü kitab olduğuna görə, hansı kitabları oxuduğunu soruşmaq bir az yaxşı çıxmır. "Dünya Ədəbiyyatı Kitabxanası" layihəsi ilə 150 cildlik seriyanın redaktorlarından biri də Aqşindir. O seriya ilə çıxan kitabların demək olar ki, hamısı, belə demək mümkünsə, şairin əlindən keçib. Odur ki, söhbətimiz başqa istiqamətdə gedir. Şair kitabla bağlı heç bir statistika aparmadığını, ümumiyyətlə isə belə bir vərdişinin olmadığını deyir:

"Nə oxuduğum, nə aldığım, nə də hədiyyə verdiyim kitabları heç vaxt saymamışam. İndi evdə təxminən iki minə yaxın kitabım var, bir xeylisi də dostlardadır, oxumaq üçün götürüblər".

Seymur Baycan hansısa qıza yalandan demişdi ki...

Kitab həvəskarlarında qədim, yüz illər öncə nəşr edilən kitablar olur. Elə Aqşində də az deyil:

"Ən qədim kitabım Quran idi, onu da dostlardan biri oxuyub yeni tərcüməsi ilə tutuşdurmaqdan ötrü apardı. Tolstoyun "Anna Karenina"sının da ilk nüsxələrindən biri varım idi, üç cild, Seymur Baycan hansısa qıza yalandan demişdi ki, məndə var bu kitab. Gəlib mənim kitabxanamdan götürdü ki, qızın yanında rüsvay olmasın".

Yenisey heç kimdə olmayan köhnə kitabların ilk nəşrlərini də yığmağı sevir. Dediyinə görə, bu hobbi üçün oğurluq da edib:

Toy dəvətnaməsi və "Tarixin sonu"

Məsələn, məndə Yeseninin və Qorkinin ilk nəşr olunmuş kitabları var, heç kimin getmədiyi köhnə bir kitabxanadan əkişdirmişəm".

Şairlə yeyib-içə-içə söhbətimiz oxucu məsələsinə gəlib çıxdı. Yumorundan qalmayan Aqşin bu dəfə də öz ampluasında idi:

"Bizimkilər toy dəvətnaməsini də oxuyub kədərlənirlər, sanki Fukuyamanın "Tarixin sonu" əsərini oxuyublar".

Gedib qürbətimizin də zibilini çıxardılar

Söhbət edə-edə gəlib mühacirət söhbətinin üstünə çıxırıq. Şair dostlarından yaman gileylənir. Əsas da Günel Mövlud ilə Əli Əkbərdən. Bir az danışıb müzakirə apardıqdan sonra "mühacirətdəkilərlə niyə yola getmirsən axı" deyə soruşduq. Söhbətin bu hissəsində Aqşinin yumoru yenə də özünü göstərdi:

"Qürbəti onlara qısqanıram. Gedib son ümidimizin, yəni qürbətimizin də zibilini çıxardılar".

Axı onlar həmişə hakimiyyətə yaxın yerlərdə çalışıblar

Bir az güldükdən sonra şair mühacirətdəki yazarlar haqqında danışmağa və ittiham etməyə başladı:

"Bilirsən necədi? Axı Günel Mövlud ilə Əli Əkbər həmişə hakimiyyətə yaxın yerlərdə çalışıblar. İndi çıxıb deyirlər ki, bizə qarşı hücumlar var, həyatımız təhlükədədir. Günel özünü Rafiq Tağı ilə müqayisə edir. Rafiq heç kimdən qorxmadan yazırdı, onu ölümlə təhdid edənlər də var idi. Bəs bunları kim təhdid edir? Ömür boyu hakimiyyətə yaxın media qurumlarında çalışıb. Ona qarşı olan təzyiqlər məişət mövzularında yazılan yazılara görə olub. Heç bir ciddi təzyiqlərlə rastlaşmayıblar. Elə Əli Əkbərin özü olsun. Hökumətə yaxın banklarda menecer vəzifəsində çalışırdı".

Şairdən qopan kitab

Şairlə yeyib-içib, söhbətimizi bitirdikdən sonra kitabxana olan otağa keçirik. 150 cildlik "Dünya Ədəbiyyatı Kitabxanası" seriyası ilə indiyə qədər çıxan kitabların demək olar ki, hamısına kitabxanada rast gəlmək olur. Şairin özünün yazdığı kitabları kitabxanada gözə dəymir. Sonra öyrənirik ki, şair öz kitablarını və oxumadığı başqa kitabları ayrıca saxlayır ki, kitabxanada yer tutmasın.

Adəti üzrə yazar dostumuzdan kitab hədiyyə alıb sağollaşdıq. Uzun sürən mübahisələrdən sonra yazardan Viktor Hüqonun "Paris Notr-Dam Kilsəsi"ni qopara bildik.

Tarix
2013.11.01 / 08:45
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla