Yuxarı

Keçmiş gizir: “General Rzayev mənə dedi ki...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Talıbov İntiqam Həsən oğludur. O, 1962-ci ildə Bakı şəhərində anadan olub. Burada boya-başa çatıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Ailəlidir, 3 övladı var.

Hamısı ermənilərə qaldı

- Sovet ordusunda xidməti başa vurub, vətənə qayıtdıqdan sonra tikintidə işləməyə başladım. O vaxtlar iki ay işsiz qalmaq qəbahət sayılırdı. Mən də hər gənc kimi həyatımı qurmalı idim. Avtobazanın müdirinin şoferi idim. 20 Yanvar hadisəsi baş verəndə hərə bir maşınla gedib "Salyanski kazarman"ı mühasirəyə alırdı ki, oradan rus əsgərləri texnikayla çıxıb, xalqa divan tutmasın. Mən də dözməyib bir KRAZ-ı sürdüm ora, əlimdən gələni etməyə çalışdım.

Onda müharibəyə könüllüləri cəlb edirdilər, çox adam ailəlidir deyə, getməyə çəkindi. Mən isə subay idim. Düşündüm ki, getsəm, problem olmaz. Mən də könüllü getdim. İlk getdiyimiz gün çadırları qurduq, yenicə yerləşmişdik ki, erməni başımıza bomba yağdırmağa başladı. Hərə bir tərəfə qaçdı... Əslində, biz Xocalıda beşmərtəbəli binalar inşa edirdik, könüllü kimi bura gəlmişdik. Ancaq bu binaları tikib, xeyrini görmədik. Müharibə şiddətləndi, torpaqlar işğal olundu, hamısı qaldı ermənilərə.

Erməniyə görə 64 min...

Bir dəfə dedilər ki, bizdən 3 ahıska türkünü ermənilər əsir götürüb, ya onları xilas etməliyik, ya bunun əvəzini çıxmalıyıq. Həmin vaxt komendant saatı idi, ancaq rus əsgərləri harasa gedib-gəlirdilər. Bir gün UAZ-la gedib yolu kəsdim. Bir də gördüm, bir dənə "Moskviç" gəlir. Bunu sıxışdırıb saxlatdırdım, yanımda da bir yerli adam vardı. Ona dedim ki, sən, sadəcə, erməniləri mənə göstər. O, erməniləri mənə göstərib gizləndi. Kəsəsi, maşındakı bir gənc erməni düşüb qaçmağa başladı, onu qovub tutdum. Gətirib gizlətdim və heç kimə də yerini demədim. Həmin erməni üçün 64 min pul, təzə "Volqa" təklif etdilər. Dedim ki, 3 türkü verin, onu sizə qaytarım. Ancaq əsirlə necə rəftar olunursa, onunla elə rəftar etdim.

Erməniləri bombalayıb qaçdım

O vaxt Xocalıya polislər də girə bilmirdi. Amma mən gecə vaxtı Xocalıya getdim. Erməniləri bombalayıb qaçdım, anidən qabağımıza 3 erməni çıxdı. Tez yerə yatdıq, əlimdəki qranatları atıb onları məhv etdim. Buna görə məni Türkiyəyə gəzməyə göndərmişdilər. Mən əvvəlcə partizan kimi xidmət etmişəm, sonra Şuşada Milli Ordu sıralarında xidmətə başlamışam. Bakıdan Şuşaya gələn ilk tanklara mən bələdçilik etmişəm. Daha sonra məni Ağdərə istiqamətinə göndərdilər, yeni batalyonda xidmətə başladım. Çünki yeni batalyonun tərkibində 18 yaşlılar çox idi. Onları qorumalı, bəzi şeyləri öyrətməli idik. Burada da ağır döyüşlər oldu. Maşınlarımızdan birini vurdular. Başqa bir batalyonda xanım döyüşçü vardı, az qalırdı bütün əsgərlərin qabağına durub desin ki, hamınızı mən qoruyacağam. Bizim millətin tayı-bərabəri yoxdur: istər qadın, istər kişi olsun, biz dünyanın ən gözəl millətiyik.

General mənə dedi ki...

Nəhayət, könüllüləri tərxis etdilər, mən də Bakıya qayıtdım. Bir həftə keçmişdi, general Şahin Rzayev məni çağırıb dedi ki, sənin kimi əsgər bizə lazımdır və mənə kiçik gizir rütbəsi verdi. Yenidən işləməyə başladım və məni 1994-cü ildə Türkiyəyə oxumağa yolladılar. İzmirdə oxuyub qayıtdım. Düşündüm ki, mənə zabit rütbəsi veriləcək, ancaq vermədilər. Məni Murov dağına yolladılar. Artıq evli idim, 9 ay Murovda xidmət etdim. Şərait yox idi, dəfələrlə müraciət edim, dedim ki, buyurun, bu da diplomlarım. Ancaq nə rütbə verdilər, nə şərait yaratdılar. Beləcə, qaldım havada, indi ailəm və qardaşım ailəsi ikiotaqlı evdə yaşayırıq.

Xahiş edirəm, mənim...

Mən döyüşmək üçün yaranmışam. Oğlumun biri yolumu davam etdirir, bir oğlum da peşə məktəbində işləyir. Mən isə onun-bunun evində tikə-para usta işi görürəm. Xahiş edirəm, mənim döyüşlərimi, oxumağımı nəzərə alıb, zabit rütbəmi versinlər, gedib xidmət edim. Axı mən kontuziya da almışam, can qoymuşam. Bizim kimi insanları incitməsinlər ki, vətənimizə layiqincə xidmət edə bilək. Son olaraq deyirəm: gənclərimiz vətənimizi sevsinlər, qorusunlar!

Tarix
2016.03.18 / 09:36
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla