Yuxarı

Əli Mirəliyev: “Soyunanlar o qədər çoxdur ki...”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən heç Afaq adlı adam tanımıram, haqqımda dediyi sözlər də vecimə deyil.

Bu sözləri əməkdar artist Əli Mirəliyev müğənni Afaq Aslanla arasında olan gərginlik haqda Axar.az-a danışarkən deyib. O, Afaq Aslanın iddialarının yalan olduğunu bildirib:

"Mənim haqqımda deyir ki, Əli Mirəliyev gündəm yaratmaq istəyir. Mən sözümü vaxtında demişəm, gənc müğənniyəm ki, toy tutmaq istəyim?! Jurnalistlər zəng edib məndən bir sənətkar kimi "Afaq Aslan deyir, 1 milyona soyunaram, buna münasibətiniz necədir?" - deyə soruşub. Mən də münasibətimi bildirmişəm ki, çox pis, bu, axı bizim millətə necə nümunə olacaq? Müğənnisən, get mahnını oxu da, soyunanlar o qədər çoxdur ki. Dubayda, orada-burada belə adamlar bizim gənclərimizə necə nümunə olur? Rəqsanə məsələsinə gəldikdə, o, məni məhkəməyə verməyib. Mən heç məhkəmənin qapısını da tanımıram. Mənə gündəm lazım deyil. Bağımda oturub nəvələrimlə məşğulam, görünür, gündəm elə ona lazımdır".

Xatırladaq ki, müğənni Afaq Aslan müsahiblərinin birində 1 milyon pul müqabilində soyuna biləcəyini demişdi. Əli Mirəliyev isə açıqlamasında kiminsə ona 50 manat da verməyəcəyini bildirib. Afaq Aslan onun bu sözlərinə cavab olaraq Ölkə.az-a danışarkən, Əli Mirəliyevi onun üzərindən gündəmə gəlmək istəyində günahlandırıb.

Tarix
2016.11.07 / 15:39
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla