Yuxarı

O məşhur şəkil çəkiləndə Röya subay idi...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən başa düşmürəm, əgər Röya sizə maraqlı deyilsə, niyə onun haqqında yazılar yazırsınız? Niyə xalqın sənətçisinin uğuruna sevinmirsiniz? O şəkil çəkiləndə nə lazımdırsa, yazmısınız da, demisiniz də!

Axar.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam əməkdar artist Röya Ayxanın mətbuatda jurnalistlər tərəfindən yayımlanan fotoları haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, bu halların düzgün olmadığını vurğulayıb:

“Görünür, Röya haqqında təzə xəbər tapa bilmirsiniz, ona görə keçmişə qayıtmışınız. O şəkil çəkiləndə Röya subay idi, indi isə böyük oğlu var, lazım olsa, indi də çəkdirər, amma çəkdirmir, axı bunları görürsünüz. Bəs, niyə insanı daş-qalaq etməyə çalışırsınız, əlinizə nə keçir? Belə şeylər Allaha ağır gedər, özünüzü, övladınızı qoyun onun yerinə, ayıb olsun! Nə qədər ki, bizdə birlik yoxdur, belə olacaq, paxıllıq qıracaq bizi. Röyanın zəhməti, əziyyəti böyükdür. Heç başqa yaxşılıqlarını demirsiniz, amma pislik etmək tez gəlir əlimizdən. Allah bizi özü qorusun, müğənnilər olmasaydı, görəsən, nədən danışardıq? Deməli, ən vacib, ən lazımlı, ən maraqlı adam sənət adamıdır. Röya, kef elə, dünya ilə bir adın var, sevilirsən, seçilirsən, get bir üzərlik yandır, bu söz-söhbət yatsın”.

Xatırladaq ki, Röyanın 25-26-27 noyabr tarixlərində Heydər Əliyev Sarayında keçirilən “Qadın” konsertinə bəzi media nümayəndələrinin buraxılmamasından sonra mətbuatda haqqında tənqidi yazılar və fotolar dərc edilib.

Tarix
2016.11.29 / 14:58
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla