Yuxarı

Aleyna Tilki Bakıda belə çıxış etdi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə olsam da, həqiqətən şəhərinizi çox bəyəndim.

Bu sözləri Report-a açıqlamasında Bakı Olimpiya Stadionunda keçirilən "ƏN Yeni il" konsert proqramında çıxış edən türkiyəli müğənni Alena Tilki deyib.

O bildirib ki, azərbaycanlılar çox istiqanlıdırlar:

"Səhnədə də inanılmaz əyləndim. Çünki tamaşaçıların marağını hiss etdim. Hətta məni Türkiyənin "Yetenek Sizsiniz" yarışmasından izləyən azərbaycanlıların olduğunu bilirdim. Onlar da konsertə sürprizlərlə gəlmişdilər. Bunun üçün də çox xoşbəxt oldum. Azərbaycanı çox sevdim və güman edirəm ki, artıq tez-tez ölkənizə gələcəyik".

Bundan əlavə, müğənni yeni layihələr üzərində işlədiyini bildirib.

Onunla eyni səhnəni paylaşan DJ Emrah Karaduman da öz növbəsində Bakıda olmasından məmnunluq duyduğunu bildirib. O, bundan əvvəl türkiyəli sənətçi Hande Yenerlə Bakıda olduğunu xatırladaraq qeyd edib ki, həmin vaxt gəzmək fürsəti olmayıb:

"Konsertöncəsi şəhərinizi gündüz vaxtı gəzmək imkanım oldu. Bakı çox mükəmməl şəhərdir. İnsanlarınız da inanılmaz qonaqpərvər və istiqanlıdırlar".

Xatırladaq ki, şou-proqramda Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Alena Tilki, Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər.

Tarix
2017.01.02 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla