Yuxarı

Brilyant dinini dəyişib? - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilyant Dadaşova dinini dəyişməsi ilə bağlı mediada yer alan xəbərlərə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, xalq artistinin yaydığı açıqlamada bildirilir:

"Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs Qurani-Kərimi əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə və mədəniyyətlərə dərin hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Təbii ki, hər zaman Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram!".

Qeyd edək ki, bu günlərdə xalq artisti Brilyant Dadaşovanın paytaxtın mərkəzində yerləşən kilsələrin birində ictimai xadimlərin, KİV nümayəndələrinin də qatıldığı milad bayramı münasibəti ilə düzənlənən mərasimdə iştirak edib. Bundan sonra mediada onun dinini dəyişməsi ilə bağlı məlumatlar yayılıb.

Tarix
2017.01.09 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla