Yuxarı

İlk ərim məndən 16, indiki ərim isə... - Azərbaycanlı müğənni

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" proqramının "Gəlmələr" rubrikasının qonağı olub.

ATV xəbər verir ki, İ. Qasımova sənətçi şəxsi həyatından danışıb:

"Mənə deyir ki, "Yeni ulduz" müsabiqəsindən mənim fanatım olub. Mənim üçün gözəllik önəmli deyil, əsas ağıldır. Yeni tanış olanda onun yanında özümü çox kiçik hiss etdim, çünki onun qədər məlumatlı deyildim. Məni cəlb edən əsas ağıllı olması idi. Bəzən məndən inciyir, amma səbəbini tapa bilmirəm. Deyirəm ki, mənə xəbər elə, bilim niyə incimisən. Amma mən heç vaxt ona naz etmirəm.

Yoldaşım məndən 18 yaş böyükdür. Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, aylıq toylardan gələcək gəliri mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

İlhamə ana olması haqda yayılan xəbərlərə isə sərt reaksiya verib: "Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".

Sənətçi Almaniya layihəsindən də söz açıb: "Almaniyaya getməyim təsadüf nəticəsində olub. Mən "X-faktor"a getmişdim. Alman dilini bilmədiyimə görə 3 mərhələ keçməli oldum. Mənim qabağıma şərt qoydular ki, 15 kilo arıqlamalıyam. Dedim ki, mən ölsəmdə 0 bədən olmayacam. Klip çəkilən zaman mənə dedilər ki, sən "Seksi leydi" olmalısan. İnanın ki, mən xoşbəxtəm ki, həmin ərəfədə çəki almışdım. Yoxsa çimərlik geyimi geyindirəcəklərdi mənə. O qədər ağlayırdım. Evə qayıtmaq istəyirdim. Mən fikirləşirdim ki, atam oturub baxacaq mənə deyəcək "Maşallah".

Tarix
2017.01.09 / 22:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla