Yuxarı

ATV-dəki Turan özünü necə biabır etdi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov verilişin 2016-cı il 15 noyabr tarixli yayımında ciddi savadsızlığa yol verməklə yanaşı, görkəmli bəstəkar, məşhur şair və nəhəng ifaçının tandemindən yaranan möhtəşəm "Gedək üzü küləyə" mahnısına qarşı açıq şəkildə kinayə nümayiş etdirib.

BakiPost.az xəbər verir ki, klassik bəstəkarlarımızın mahnılarını ifa etməklə qısa müddətdə Feysbuk sosial şəbəkəsində populyarlaşan gənc ifaçı Çinarə Məlikzadənin təqdimatı zamanı onun oxuduğu "Gedək üzü küləyə" mahnısını xatırladan aparıcı tamaşaçıda ikrah yarada biləcək qırıq-qırıq ifadələr işlədib: "... özü də oxuduğu mahnı deyəsən diqqət çəkib... (burada kinayə təbəssümlü "hi..." şəkili jest etməyi də unutmayıb - red.)... gedək üzü küləyə... gedək üzü küləyə hansı mahnıdır bilmirəm, amma indi hamısını özünüz görəcəksiz".

Ardından Çinarə xanımla süjet göstərilib. İfaçı süjetdə "Gedək üzü küləyə" mahnısına müraciət etməsinin səbəbini açıqlayır: "Gedək üzü küləyə"ni universitet vaxtlarından ifa edirdim, çox xoşuma gəlirdi. Ümumiyyətlə, Şövkət Ələkbərovanın ifasını dinləyirəm, çox xoşuma gəlir...".

Göründüyü kimi, Çinarə Məlikzadə həmin mahnının ən azı kimin repertuarından olduğunu deyir. Aparıcı Turan bəy giriş verməmişdən öncə o süjetə baxsaydı, Şövkət Ələkbərovanın adını eşidib, heç olmasa jestlərini cilovlayardı... bəlkə də cilovlayardı. Əslində haqqında danışdığın insanın gərək əvvəl açıqlamasını dinləyəsən ki, onu necə təqdim etməyi dəqiqləşdirəsən - jurnalistikanın sadə prinsiplərindən biridir.

İkinci tərəfdən, "Gedək üzü küləyə" mahnısına kinayə ilə yanaşmaq, gərək jurnalistdən, həm də ATV kimi telekanalın 2 saatlıq səhər verilişini aparan jurnalistdən uzaq olsun.

Xatırlatma: "Gedək üzü küləyə" mahnısının sözlərini Əliağa Kürçaylı yazıb, bəstəkarı Elza İbrahimova, ilk və möhürlü ifaçısı Şövkət Ələkbərovadır.

Tarix
2017.01.13 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla