Yuxarı

Müğənnilərimiz bədənlərindən razıdır - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə yaşadığımız zamanda nəinki sənət əhlimiz, hətta evdar qadınlar belə daim formada qalmağa can atır. Evdar xanımlardan fərqli olaraq məşhur ulduzlar çəki atmaqda daha maraqlıdırlar.

Məsələn, məşhur ulduz Kim Kardaşyan hamiləlikdən sonra artıq çəkidən qurtulmaq üçün 22 kilo vermişdi.
Türkiyəli aktrisa Beren Saat isə öz ideal çəkisini qoruyaraq hər zaman 50 kilo olmağı bacarıb.
Amerikalı cazibədar aktrisa Cessika Alba daim çəkisini 57 kilo olaraq saxlayır.

Çəkisini daim nəzarətdə saxlayan digər tanınmış insanlara gəlincə, bu sıraya aktrisa Keyt Bekinesyl, fotomodel Meqan Foks və əslən meksikalı olan Hollivud aktrisası Şarlz Teron da aiddir. Hər üç tanınmış ulduz çəkilərini 50-52 kilo civarında saxlayır.

Bəs bizim yerli sənət adamları?

Hər zaman maraqlı konsertləri, saç düzümləri ilə yadda qalan bəstəkar-müğənni Elza Seyidcahanın boyu 165 sm, çəkisi 75 kilo, ayaq ölçüsü isə 37-dir. "Axar.az"a bədən ölçülərindən danışan E.Seyidcahan bildirdi ki, hər zaman çəkisini 65 kiloda saxlasa da, son zamanlar səfərləri ilə əlaqədar qidalanmasına fikir vermir. Buna görə də çəkisini yenidən 65-ə endirmək qərarına gəlib.

Müğənni Sevda Ələkbərzadə isə boyunun 160 sm, çəkisinin 59, ayaq ölçüsünün 35.5 olduğunu bildirdi. Kiçik ayaqlara sahib olan müğənni ideal çəkiyə sahib olduğunu, buna görə də çəkisindən atmaq barədə düşünmədiyini bildirdi.

Tanınmış müğənni, gözəl mahnıları ilə yadda qalan Xumar Qədimova isə çəkisinin boyuna uyğun olduğunu dedi. O, boyunun 168 sm, çəkisinin 67 kilo olmasını normal hesab edir. Müğənninin ayaq ölçüsü isə 39-dur.
Kiçik ayaq ölçüsünə sahib olan Nüşabə Ələsgərli portalımıza müsahibəsində ayaqlarının 36 ölçülü olduğunu bildirdi. Boyunun 157, çəkisinin isə 68 olduğunu qeyd edən müğənni çəkisinin onda heç bir kompleks yaratmadığını düşünür: "Artıq çəkili olduğumu zənn etmirəm. Arıqlamaq istəməsəm də, kökəlmək niyyətim də yoxdur".

Hər zaman şahzadələrə bənzər orijinal geyimləri ilə fərqlənən Rühəngiz Allahverdiyeva çəkisinin 70, boyunun 162, ayaqlarının isə 37 ölçülü olduğunu dedi.

Məşhur modelyer Fəxriyyə Xələfova isə çəkisini daim nəzarətdə saxlamaq üçün xüsusi qida normalarına riayət etmədiyini, bu cür mövzuların onun üçün o qədər də maraqlı olmadığını bildirdi.

Müğənni Tünzalə Ağayevanın çəkisi isə 52 kq-dır. Daim formada qalan müğənninin boyu 164, ayaq ölçüsü isə 36-dır.

Tarix
2013.11.12 / 00:49
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla