Yuxarı

“Kaş valideynlərimə qulaq asıb qaçmazdım onunla…”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərim işləmirdi, ailəni saxlaya bilmirdi, ayağını-ayağı üstünə aşırııb gözləyirdi.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış rəqqasə Fatimə Fətəliyeva ailəsi haqda danışarkən deyib. O, çox çətin günlərdən keçdiyini bildirib:

"Həyatım nağıl kimidir. Qardaşım Almaniyada yaşayır. 5 il əvvəl görmüşəm. Məni ərköyün böyüdüblər. Hər istədiyim olub. Düşünmürdüm ki, nə zamansa çətinlik çəkərəm. Elə anlar gəldi ki, 16 yaşımda artıq məktəbi bitirdim. Tez zamanda ailə qurdum. Sevgi yaşa baxmır, sevəndə insanın gözü görmür. Amma sevgi tez zamanda bitdi. Nişanlı idim, sonra qaytardılar nişanı. İstəmədiyim üçün ailəm geri addım atdı və onlara dedim ki, nə istəsəz edəcəm. Sonradan başqası çıxdı qabağıma və aldandım, qaçdım. Amma kaş valideynlərimə qulaq asardım. Şükürlər olsun ki, qızım var. Heç bir qadın ayrılıq istəməz. Sevginin sonacan sürməsini istəyər.

Atam çox gec bağışladı məni. İki ay məni heç danışdırmadılar. Qonşuluqda qaldığım üçün anama zəng vurdum ki, gizlincə arxa tərəfdən gəl, görüm səni. Atam üçün isə lap çox darıxırdım. İki ay sonra oğlanın ailəsi işə qarışıb bizi barışdırdı. Sonra bizə böyük toy etdilər. Qızım anadan olandan 1 il sonra yoldaşımdan ayrıldım. Ailə quranda əmin olmalısan ki, həmin adam ailənin qədrini biləcək. Kişi odur ki, daşdan pul çıxartsın. Yoxsa ailəni saxlaya bilmirdi, ayağını-ayağının üstünə atıb gözləyir, işləmirdi. Ona görə də ayrıldıq".

Tarix
2017.03.03 / 08:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla