Yuxarı

AB-də "it toyu" müşavirəsi: balabançı qovuldu - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboylu iş adamı Qalib Mustafayevin itlərinin toyunda müşayiət edən balabançı Haqverdi Kərəm oğlu Əliyev təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub və təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilib.

Aznyus.az xəbər verir ki, bu barədə Aşıqlar Birliyi bəyanat yayıb. Azərbaycan Aşıqlar Birliyi məsələ ilə bağlı xüsusi iclas keçirib və aşıqla balabançının kimliklərini müəyyənləşdirdikdən sonar qərar qəbul edilib. Məlum olub ki, sazda ifa edən ifaçı Məmmədov Şəmməd birliyin üzvü deyil. Lakin balabançı Haqverdi Əliyev qurumun üzvüdür və onun barəsində yekdil qərar qəbul edilib.

Bəyanatda deyilir:

“Son günlər Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi. Çünki burada söhbət həm də həmin “toy”da bir “aşığın” iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Araşdırmamız nəticəsində məlum oldu ki, həmin “toy”da oxuyan “aşıq” Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil.

Onu balabanda müşayiət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Azərbaycan Aşıqlar Birliyinin katibliyi əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfüzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyir və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırır. Birliyin üzvü olan Haqverdi Əliyev mənsub olduğu təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilir.

Azərbaycan Aşıqlar Birliyi bəyan edir ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, bu sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək.

Bununla yanaşı, həmin “toy” məclisini təşkil edən iş adamı Qalib Mustafa­yevin hərəkətini də mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə qarşı hörmət­sizlik hesab edir və qınayırıq. Belə hərəkətlərlə gündəmə gəlməkdənsə, bir iş adamı kimi, sənətə qayğı və diqqət göstərməklə daha çox hörmət və nüfuz qazanmaq olardı”.

Tarix
2017.04.26 / 16:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla