Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Məşhur Hollivud ulduzlarının övladları – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu uşaqlar dünyanın ən şanslılarından sayıla bilərlər. Çünki ən məşhur soyadlar, qayğı, sevgi, milyonlara varislik onları sonradan tapıb. Qan, ya da rəng fərqi ola bilər. Bəs kim deyə bilər ki, o sənin deyil?

Drena De Niro

Soyadının da xəbər verdiyi kimi o Robert De Nironun 6 övladının ilkidir. Drena aktyorun həyat yoldaşı Diahnne Abbottun ilk evliliyindən olan qızıdır. De Niro balaca Drenanın 8 yaşı olanda ona öz soyadını verib və rəsmən atası olub. Sonra daha beş uşağı olan Robert De Niro Drenanı heç vaxt yanından ayırmayıb. İlk nəvəsi də qızının oğlu Raphaeldir. Artıq Drena De Nironun 46 yaşı var, atasının sənətini davam etdirir, ən kiçik bacısı Helen ilə arasında nə az nə çox 44 yaş fərq var.

İzabella Ceyn (21) və Konnor Antoni (19)

Tom Kruzun Nikol Kidman ilə birlikdə övladlığa götürdüyü uşaqları. Hər ikisi Kruz soyadını daşıyır. Kruz və Kidman ayrıldı, yenidən ailə qurdu və övladları oldu. Ancaq ilk övladları həmişə yanlarındadı. Və Tom Kruzun onlarla fəxr etdiyi açıq-aydın görünür.

Klaudiya Roz(20)

O Hollivudun ən gözəl qadınlarından biri olan Mişel Payferin qızıdır. Mişel 35 yaşı olanda yalnız yaşayan bir qadın olmasına rəğmən, övladlığa uşaq götürməyə qərar verir. Yeni doğulan Klaudiyanın isə heç kimi yox idi. Elə bu ərəfədə aktrisa öz gələcək həyat yoldaşı Devid ilə tanış olur. Onların toyları və qızlarının xaç suyuna salınma mərasimi eyni gündə olur. Bir il sonra isə Mişel oğlunu dünyaya gətirir.

Oskar Maksimilan və Eva

"Oskar"a namizəd aktyor Huq Jekmanın oğlu və qızı. Jekman və həyat yoldaşı hamiləlik zamanı iki uşaqlarını itiriblər. Bu hadisədən sonra onlar övladlığa uşaq götürməyə qərar veriblər. Yenidoğulmuş qız və ondan bir neçə yaş böyük oğlan. 45 yaşlı aktyor bütün zamanını artıq məktəbə gedən uşaqlarına ayırır. Onu tez-tez uşaqlarını məktəbə aparıb gətirərkən görmək olar.

Teo(25) və Mikaella(17) Şpilberq

Dünyanın ən məşhur rejissoru Stiven Şpilberqin soyadını daşıyan altı uşaqdan ikisidir. Stiven aktrisa xanımı Keyt ilə dörd uşaqlarının olmasına rəğmən, kiçik yaşlı bu uşaqları övlalığa götürüblər. 66 yaşlı rejissorun ən kiçik övladı sevimlisi Mikaelladı. Onlar zahirən bənzəmir, amma Stiven Şpilberqin bütün dünyaya yönləndirdiyi o sakit baxışları doğma övladlarından daha çox bu iki uşağına keçib.

Tarix
2013.11.21 / 00:52
Müəllif
Arzu Məmmədova
Şərhlər
loading...
Digər xəbərlər

Röyanın keçmiş biznes ortağı həbs edildi

Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər

Nazim İbrahimovun qızı nişanlandı - Foto

Dadaşov pilot kabinəsinə girdi, təyyarə silkələndi... - Kuryoz

Emin: O vaxtlar üçün darıxdım – Foto

Məleykə Əsədovaya qarşı şok ittiham: Səs yazısı...

Xalq artistinin qızı ABŞ-a erməni ilə görüşə gedir - Foto

Hacının hədiyyələri: Mananaya “Mersedes”, Mətanətə...

Əbru Gündəşin əmlakı niyə müsadirə edilmədi? – Səbəb

Xalq artisti: "O, dizin-dizin sürünüb üzr istəməlidir"

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla