Yuxarı

Neslihan Atagül Bakıda - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Neslihan Atagül Doğulu Bakıya gəlib.

Kult.az xəbər verir ki, məşhur aktrisa bu gun aşxam “Altın Kələbək Mükafatları” çərçivəsində keçirilən “Möcüzə gecəsi” adlı konsertdə iştirak edəcək. Bu münasibətlə konsertdən əvvəl aktrisanın media nümayəndələri ilə görüşü keçirilib.

Neslihan ilk Bakıya gəliş səbəblərindən danışmazdan əvvəl paytaxtımız haqqında xoş təəssüratlarını ifadə edib:

"Bakıdan təklif gələndə inanılmaz dərəcədə həyəcanlandım və çox sevindim. Azərbaycanla Türkiyə qardaş ölkədir, ortaq dəyərlərimiz çoxdur. İlk dəfədir ki, Bakıya gəlirəm. Əvvəllər çox istəyirdim ki, Bakıya gəlim, lakin işlərimin çoxluğundan dolayı heç cür alınmırdı. Odur ki, təklif gələn kimi razılaşdım. Bura çox gözəl və təmiz şəhərdir, insanları da çox gözəldir. Yaxşı ki, gəlmişəm. Fikirləşirəm ki, niyə mən bundan əvvəl bura gəlməmişəm. Sosial şəbəkədə mənə Azərbaycandan çox yazanlar olur. Burada sevildiyimi bilirdim. İndi isə bunun şahidi oldum. Ümumiyyətlə mənim üçün yeni insanlarla tanış olmaq və onlarla söhbət etmək çox önəmlidir. Hesab edirəm ki, bir insanla göz təması qurmaq bizim üçün ən böyük mirasdır. Qarşımdakı insanın müsbət enerjisini hiss etmək xoşuma gəlir, bir növ ruhlandırır".

Qısa ətəyi ilə diqqət çəkən Neslihan açıqlamasında bildirib ki, “Altın Kelebek” mükafatları Türkiyə mədəniyyəti üçün önəmli hadisələrdən biridir. Azərbaycan bu tədbirı onunla birlikdə addım atmasından dolayı məmnunluğunu ifadə edib.

Daha sonra aktrisa həyat yoldaşı, aktyor Kadir Doğulu ilə münasibətlərindən danışıb:

"İkimiz də kino sahəsində çalışırıq. Odur ki, gərgin iş qrafiki olanda bir-birimizi başa düşürük. Heç mübahisə etmirik. Toyumuzdan bir həftə sonra çəkilişlərə qaçdım. İndi heç bir dəvəti qəbul etmirəm. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir müddət özümlə məşğul olacam, dincələcəm. Hələ ki, uşaqla bağlı planımız yoxdur. Amma qismət, Allah nə vaxt məsləhət bilsə, olacaq".

Atagül gözəllik sirrini də açıqlayıb. O deyib ki, formada qalmaq üçün çoxlu yatır və su içir:

"Dostlarım həmişə təəccüblənir ki, necə enerjili birisən. Səhər saat 5-də yatsam da, tez oyanıb çəkiliş məkanına yüksək əhvalla gedirəm".

Məlumat üçün bildirək ki, ilk dəfədir ki, Azərbaycanlı məşhurlar “Altın Kelebek Mükafatları”nın dekabrın 10-da İstanbulda keçirilən təqdimat mərasimində iştirak edəcək. Ölkəmiz üçün “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası ayrılıb. Bu nominasiya üzrə 3 namizəd var: Röya, Miri Yusif və Nigar Camal. Qalib izləyicilər tərəfindən onlayn səsvermə yolu ilə müəyyən olunacaq.

“Möcüzə gecəsi" adlı konsertində Neslihan Atagül Doğulu namizədlərimizə dəstək məqsədilə iştirak edəcək. Konsertdə tamaşaçıları Röya, Miri Yusif, Nigar Camalın ifaları ilə yanaşı müxtəlif şou proqramlar, vizajist və saç stilistlərinin məsləhətləri və digər sürprizlər də gözləyir.

Tarix
2017.11.03 / 15:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla