Yuxarı

"Nağılbazın bu videosu iki il sonra təbii qəbul ediləcək"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim cəmiyyət hələ o inkişaf mərhələsinə çatmayıb ki, kiminsə porno, intim videosuna dözümlü yanaşsın. Bunun üçün zaman lazımdır.

Bu sözləri Axar.az-a-a psixoloq Elnur Rüstəmov repçi Anar Nağılbazın sosial şəbəkələrdə yayılan intim videosu və ümumilikdə bu kimi hallara cəmiyyətin niyə bu qədər maraqlı olmasına münasibət bildirərkən deyib. Psixoloq hesab edir ki, bir insanın özəl həyatına bu qədər qarışmaq olmaz:

“Söhbət, əlbəttə, təkcə Anar Nağılbazdan yox, həm də onun uşaqlarından, ailəsindən, dostlarından, doğmalarından gedir. Bu zərbə tək A.Nağılbaza vurulmayıb. Bu psixoloji zərbə onun bütün ətrafına vurulub. Onun çevrəsi var, qonaq gedir, qonaq gəlir, dost-tanış içinə çıxır. Təsəvvür edin ki, bu məsələnin miqyası nə qədər böyükdür”.

E.Rüstəmov bildirib ki, bu məsələdə əli olan hər kəs məsuliyyət daşıyır:

“İnsanın şəxsi həyatını bu şəkildə ortaya çıxarmazlar. Bunun mütləq bir məsuliyyəti var və bu məsuliyyəti təkcə həmin şəxs daşımır. Sabah videosu yayılan insan özünə nə isə etsə, bunun cavabını kim verəcək? Biz toplum olaraq buna hazır deyilik, ona görə ki, bu həmişə bizim üçün qəbuledilməz bir şey olub. İnsanın şəxsi intim həyatı bizim üçün toxunulmaz hesab edilib. Ona görə bizim cəmiyyətin yanaşması belədir.

Səbəb hər nədirsə, çox iyrənc, eybəcər və pis tendensiyadır. Buna ictimai qınaq olmalıdır. Zamanında bir çox tanınmışlara qarşı edilib belə şeylər. Rəhmətlik Hüseyn Dərya üçün də nələr dedilər, danışdılar. Mərdi qova-qova namərd etdilər”.

E.Rüstəmov vurğulayıb ki, belə davam edəcəyi təqdirdə bu tip videolar artacaq və cəmiyyət də get-gedə biganə yanaşacaq:

“Ancaq burada uşaqlar var, ailələr var. Bu videolar ailələrə necə nifaqlar salır. Xarici ölkələrdə tez-tez olur belə hallar. Ancaq onlarda artıq immunitet yaranıb. Onlar artıq buna adi yanaşırlar. Onlar intim münasibətə bizim cəmiyyət qədər qeyri-adi bir şey kimi baxmır. Onlar bu cür cinsi münasibətə də normal yanaşdıqları üçün, yayılan belə videolara da fərqli reaksiya verirlər. Bizdə də bir-iki ildən sonra belə bir məsələ müzakirə mövzusu olmayacaq, ancaq bu gün elə deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu da bildirib ki, tanınmış insanlarla bağlı bəzi məqamlar üzə çıxarılmamalıdır:

“Üzə çıxarılmasa, daha yaxşıdır. Bizim cəmiyyət primitiv olduğu üçün belə şeylərə çox maraq göstərir. Bir insanın şəxsi həyatı digər insanı maraqlandırmamalıdır. İnsanı gördüyü işə, əmələ görə qiymətləndirərlər. Əgər insanın özəl həyatının üzə çıxması onun fəaliyyətinə zərbə vurursa, o fəaliyyətini əvvəlki kimi davam etdirə bilmirsə, məntiqlə də bu ziyanlı bir məsələdir. Ciddi işlərlə məşğul olmayan cəmiyyətlərdə belə şeylərə maraq həddən çox olur. Bizim də cəmiyyət olaraq problemimiz budur”.

Ə.Qəşəmoğlunun fikrincə, xaricdə belə hallara vərdiş edilməsi bunun heç də yaxşı bir hal olduğunu göstərmir:

“Cəmiyyət elə bir həyat yaşamalıdır ki, kimsə onun gizlinini üzə çıxaranda o bundan utanıb xəcalət çəkməsin. Bizim cəmiyyət bir az naşıdır belə məsələlərdə. Diqqət edin, hansı cəmiyyətdə mənəvi dəyərlər öndədirsə, tərəqqi günü-gündən inkişaf edir. Əgər mənəvi dəyərlər gözdən düşübsə, cəmiyyətdə də günü-gündən gərginlik çoxalır. “Xaricdə adiləşibsə, bizdə də adiləşməlidir” fikri doğru deyil. Yeni cəmiyyət platforması olmalıdır və o cəmiyyətdə mənəvi dəyərlər daha öndə getməlidir”.

Tarix
2017.11.29 / 15:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla