Yuxarı

Xalq artistinin qızı ABŞ-a erməni ilə görüşə gedir - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni sevdası yenidən gündəmə gəlib. Bu dəfə stilist ABŞ-da fəaliyyət göstərən “Beyond Beauty Parlor” studiyasının rəhbəri Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə gedəcək.

Axar.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə stilist sosial şəbəkədə məlumat yayıb.

Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki informasiyalarda erməni olduğu barədə məlumatlar yer alıb.

Musavat.com saytının apardığı araşdırma nəticəsində məlum olub ki, Alis Ataxanyan İranın Tehran şəhərində anadan olmuş erməni əsilli stilistdir. Onun sosial şəbəkələrdəki izləyicilərinin, eləcə də əməkdaşlarının böyük əksəriyyəti ermənilərdir.

Araşdırmadan o da məlum olub ki, erməni stilisti bir zamanlar xalq artistinin qızının ürəyini “fəth edən” erməni əsilli stilist Georgi Kotla da əməkdaşlıq edir.

Stilist öz Feysbuk səhifəsində 4 dekabr paylaşımında onun təşkil etdiyi festivala gəldiyi üçün Georgi Kota təşəkkür edib və erməni dostlarının sağlığına badə qaldırıb. “Onlar üçün gözəl erməni mahnıları oxuyun” deyə stilist bildirib.

Alis Ataxanyan dəfələrlə erməni kino ulduzlarının da stilisti olub. Bununla bağlı internet resurslarında kifayət qədər videogörüntülər var.

Məsələ ilə bağlı stilist Şəfəq Novruzova ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun fəaliyyət göstərdiyi studiyanın əməkdaşları stilistin hər zaman çalışdığını, bu səbəbdən də cavab vermək imkanında olmadığını bildiriblər.

Xatırladaq ki, xalq artisti Ramiz Novruzun qızı Şəfa Novruzovanın adı ötən il erməni əsilli stilist Georgi Kotla birgə hallanırdı. Stilist erməni əsilli həmkarı ilə münasibət qurmasına görə ictimaiyyətin ciddi tənqidlərinə tuş gəlsə də, o, heç nədən çəkinməyərək, erməni əsilli stilisti çox sevdiyini, istədiyi vaxt onun yanına gedəcəyini demişdi və öz dediyini də yerinə yetirmişdi.

Xalq artisti Ramiz Novruz isə bütün bu xəbərlərin qızına qarşı qarayaxma kampaniyası aparan insanların işi olduğunu bildirmişdi: “Şəfəq öz işində çox böyük nailiyyətlər əldə edib və bunu heç bir şey edə bilməyən insanlar götürə bilmirlər. Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır. Onun yaradıcılığı Azərbaycanı bu sahədə təmsil etməyə yetəcək gücdədir”.

Tarix
2017.12.06 / 17:50
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla