Yuxarı

Dadaşov pilot kabinəsinə girdi, təyyarə silkələndi... - Kuryoz

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da Bakı-Moskva reysində uçuş zamanı tanınmış teleaparıcı və şoumen Murad Dadaşovla köməkçisi Toğrul Məmmədov təhlükəsizlik qaydalarını pozaraq pilotların kabinəsinə giriblər.

Axar.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya təyyarənin sərnişinlərindən biri danışıb. Onun sözlərinə görə, AZAL-ın 29 noyabr saat 20:00-da Bakıdan Moskvaya uçan təyyarəsində uçuş zamanı teleaparıcı və köməkçisi layner havaya qalxdıqdan 1 saat sonra pilot kabinəsinə giriblər və enəndən sonra çıxıblar.

Təyyarə eniş edəndə baş verən silkələnmə isə sərnişinləri qorxuya salıb. Onlar elə zənn ediblər ki, pilot sükanı Murad Dadaşova verib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə bu barədə məlumatının olmadığını bildirib:

“Bu barədə məlumatım yoxdur. Belə bir şey həqiqətən olub, ya yox, onu ancaq araşdırmaqla öyrənmək olar və bununla bağlı da araşdırma aparılması üçün müvafiq şöbəyə məlumat verəcəyəm”.

Qeyd edək ki, pilot kabinəsinə uçuş zamanı kənar şəxsin daxil olması qəti qadağandır.

Tarix
2017.12.09 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla