Yuxarı

400 minlik toyu olan məmur qızı: 5 manat da olsa...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova Yeni il ərəfəsində yardım kampaniyası başladıb.

Axar.az xəbər verir ki, bu barədə A.Şükürova şəxsi İnstaqram hesabında yazıb. O, bəzi imkanlı tanışlarının kampaniyaya laqeyd yanaşmasına tənqidi münasibət bildirib:

“Hər il olduğu kimi, bayramlarda yenə də yardıma ehtiyacı olanları sevindirməyə gedirik. Səhər saat 9-dan burdayıq. Artıq bütün ərzaqları, qurbanlıq ətlərimizi bölmüşük. 16 ailə nəzərdə tutsaq da, 18-nə ərzaqları paylamağa gedirik. Bunun üçün pul da ayırmışıq. Bizə qoşulan, dəstək olan, geyim və pul göndərən hər kəsə təşəkkür edirik.

İnstaqramda bu barədə paylaşım etdim, amma tanışlarımdan yazıb maraqlanan olmadı. Heç olmasa, 5 manat da olsa, verə bilərdiniz. Sizin işiniz ancaq sözdədir, yalandan şəkil paylaşmaqdır”.

Tarix
2017.12.26 / 14:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla