Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


Nadir xristian olmasından danışdı: Onlar savadlıdır...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadənin İnstaqram səhifəsində İsa peyğəmbərin simvolik şəklini yerləşdirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, çoxsaylı tənqidi fikirlər bildirilib. Bəziləri müğənninin xristian dinini qəbul etməsi ilə bağlı iddialar səsləndiriblər. Nəticədə müğənni qalmaqallı statusunu silmək məcburiyyətində qalıb.

Kult.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a açıqlamasında müğənni onu tənqid edənləri savadsız və cahil adlandırıb:

“Cəmiyyətimiz bisavad düşünür. Bu peyğəmbəri (İsa peyğəmbəri nəzərdə tutur) nə mən, nə də siz göndərmisiz, onu Allah göndərib. Müsəlmanın savadsızlığı odur ki, peyğəmbərini tanımır. Mən bütün peyğəmbərlərə hörmətlə yanaşıram, hamısını tanıyıram, tanıyacam da... Mən kilsəyə də, məscidə də, sinaqoqa da gedirəm”.

Müğənni xristian dinini və xristianları çox sevdiyini deyib:

“Mən xristianlığı çox sevirəm. Çünki xristianlar çox savadlı, mədəniyyətli olur, özlərini apara bilir və s. Bir məsələni də qeyd edim ki, insanın hansı dinə etiqad etdiyi deyil, insan kimi olması önəmlidir. Hamımız insanıq və Allah birdir”.

Nadir Qafarzadə Yeni İli tənqid edən, onu “Şeytani gün” adlandıran şəxsləri də qınayıb:

“Son zamanlarda Azərbaycanda bu cür fikirlər baş alıb, gedir. Mən bu cür fikirlərlə razılaşa bilmirəm. Yeni ilin gəlişi həmişə olub və olacaq da... Əgər ölkəmizdə bu bayram keçirilməzsə, ailəmlə birgə gedib, başqa ölkədə qeyd edəcəm. Bu bayram, Yeni ilin gəlişidir”.

Müğənni qalmaqallı paylaşımını silməsindən peşman olduğunu deyib:

“Statusumu saytlarda gördüm. Onu tənqid edənlər küçədə qalan, cahil insanlardır. Buna görə silməli oldum. Lakin məni anlayan, mənimlə eyni fikirdə olan insanlar da çoxdur... Amma peşmanam, gərək heç silməzdim”.

Tarix
2018.01.05 / 15:26
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Xalq artistindən etiraz: Faciədir

Təranə Qumral Nazənini polisə verdi

Bacılar ərə getmək istəyir

Murad Bakıdakı 400 minlik toyun görüntülərini paylaşdı - Video

Manaf Ağayevdən Fədayənin ailəsi ilə bağlı şok fakt - Video

Brilyant Dadaşova İlhamədən elə sözlər dedi ki... - Video

Bu azərbaycanlı məşhurlar yol qəzasında həlak olublar - Siyahı

Emin Ağalarovun 100 yaşlı nənəsi - Foto

Murat Boz Bakıya kimin toyuna və neçəyə gəlib?

Fədayə həbs olunandan sonra ... – Bacısı danışdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla