Yuxarı

Maral Tahirqızı yaşadığı ağır itkidən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:08

Maral Tahirqızı bacısının ölümü ilə bağlı mediada bu gün yayılan xəbərlərə aydınlıq gətirib.

İfaçının Kult.az-a verdiyi məlumata görə, müğənninin bacısı Leyla Gülməmmədova 5 il öncə, 2013-cü ildə həkim səhlənkarlığının qurbanı olub.

Onun sözlərinə görə, bacısı həkim səriştəsizliyi nəticəsində komaya düşüb:

“Bacım revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Müalicə üçün “Leyla Şıxlinskaya” klinikasına apardıq. Xəstəxanada o qədər iynə-dərman elədilər ki, ayağı inkişafdan qaldı. Sonra halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, sağalacaq. Reanimasiyada yatanda ağzından su gəlirdi. Bundan sonra Ceyhunun (xəstənin həkimi – red.) təkidi ilə komada ola-ola onu 3 nömrəli Sabunçu xəstəxanasına apardılar.

Burada süni hava aparatının ağzında normal yerləşməsi üçün dişinin birini çəkiblər. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi.

Üstündən illər keçsə də, bu vəhşiklik unudulmur. Bu gün KİV-lərdə bu hadisə yenidən qabardılıb.

Vaxtilə şəxsi həyatımla bağlı bir sıra problemlərlə üzləşdim və artıq şikayət etməkçün gec olduğunu fikirləşdim. Düşündüm ki, artıq heç nə onu geri qaytarmayacaq”.

Xatırladaq ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl - ötən ilin oktyabr ayında azadlığa buraxılıb.

Tarix
2018.02.21 / 15:48
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla