Yuxarı

ARB-də Mirkamili rüsvay edən “sevgili”dən etiraf - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mirkamil Kamilovun sevgilisi olduğumu dedikdən sonra dayanmadan təhqir olunuram. Mən aktrisayam və orada da kiçik bir rol oynadım. Bu qədər səs-küy yaradacağını düşünməzdim.

Bu sözləri Kult.az-a açıqlamasında ARB kanalında yayımlanan “Səhər-səhər” verilişinə qatılaraq özünü müğənni Mirkamil Kamilovun keçmiş sevgilisi kimi təqdim edən gənc aktrisa Gülmirə Fərzəliyeva bildirib.

Aktrisa qeyd edib ki, efirə çıxaraq özünü Mirkamilin sevgilisi kimi təqdim etməsi dostlarının ona kollektiv halda hazırladığı zarafat olub. Lakin zarafatdan Mirkamilin xəbəri olmayıb:

“Bu zarafatı kollektiv halda planlaşdırmışdıq. Mirkamil məni şəxsən üzdən tanımadığı üçün və rolumu çox gözəl oynadığıma görə efirə mən çıxdım. O özü də təəccübləndi mənim gəlişimdən. Çünki belə bir zarafatı gözləmirdi. Məni də tanımadığı üçün lap təəccübləndi”.

G.Fərzəliyeva bildirib ki, onun efirə çıxması ailəsi tərəfindən etiraza səbəb olub. Həmin hadisədən günlər keçməsinə baxmayaraq, gənc aktrisa bildirib ki, hələ də sosial şəbəkələrdə onu təhqir edənlər var:

“Ailəm xəbərsiz idi efirə çıxacağımdan. Mən aktrisayam və rolumu inandırıcı oynamalı idi. Hadisədən günlər keçməsinə baxmayaraq, hələ də yazıb, maraqlanıb, hətta bir çox hallarda tənqid edirlərsə, deməli, rolumu oynaya bilmişəm, inandırmağı bacarmışam”.

Gənc aktrisa oynadığı kiçik rola görə peşman olmadığını bildirib. Əlavə edib ki, ona ünvanlanan sualları birdəfəlik cavablandırmaq üçün açıqlama vermək qərarına gəlib:

“Mirkamillə bağlı həddən artıq suallar verildiyi üçün bu məsələyə aydınlıq gətirmək qərarına gəldim. Biz Mirkamillə sevgili olmamışıq. Onu həmin verilişə qədər ümumiyyətlə görməmişdim”.

Qeyd edək ki, ARB kanalında yayımlanan "Səhər-səhər" verilişində G.Fərzəliyeva müğənni Mirkamil Kamilovun keçmiş sevgilisi olduğunu iddia edərək,müğənnini ittiham edib. Mirkamil isə qızı tanımadığını bildirib. Özünü fotomodel kimi təqdim edən qız Mirkamilin məşhur olduqdan sonra onunla ayrıldığını qeyd edib.

Tarix
2018.02.27 / 10:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla