Yuxarı

YAP Afaqa diplom, diplomu hazırlayana cəza verdi - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.11. 14:50

YAP Xəzər Rayon Təşkilatı müğənni Afaq Aslanı fəxri diplomla təltif edib.

Kult.az xəbər verir ki, təşkilat müğənnini YAP-ın namizədi İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə diploma layiq görüb.

Amma mətndə ciddi nöqsana yol verilib. Belə ki, YAP Xəzər RT diplomda “kampaniya” əvəzinə “kompaniya” yazıb.

Zəruri olaraq xatırladaq ki, kampaniya - hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlərdir, kompaniya isə şirkət və ya mərasim sözlərinin sinonimi kimi işlənə bilir.

***

YAP-ın Xəzər Rayon Təşkilatından Kult.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müğənni Afaq Aslana İlham Əliyevin seçki kampaniyasında göstərdiyi fəallığa görə təqdim edilən diplomda yol verilən xəta texniki səhvdir:

“Diplomdakı səhvlə bağlı təşkilata məlumat verilib və bu səhvə görə məsul şəxs uyğun şəkildə cəzasını alıb”, - təşkilatdan bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, mətbuatın belə kiçik səhvi böyütməməsini arzu edirlər.

Tarix
2018.04.12 / 12:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla