Yuxarı

Qəzaya düşən müğənni: həkimlər 2 ay vaxt qoyub - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət yerimək mümkün olmayacaq. Həkimlərin nəzarəti altındayıq.

Kult.az xəbər verir ki, bu sözləri qəzaya düşən müğənni Zeynəb Həsəni ARB TV-yə açıqlamasında bildirib. O, hadisəni tam olaraq xatırlamadığını söyləyib:

Hadisə tam yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Avtomobili mən idarə edirdim. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə, gipsə ehtiyac olmadı. Türkana da, mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün 2 ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm yox. Birdən elə olur ki, o, ağlayır, mən ağlayıram. O mənə, mən də ona deyirəm ki, ağlama. Biz ancaq deyib-gülə bilərik. Mübahisə ola bilməz”.

Zeynəbdən fərqli olaraq “Səhər-Səhər” komandası Türkanla görüşə bilməyib. Buna səbəb isə Türkanın vəziyyətinin Zeynəbdən daha ağır olmasıdır. Hər iki müğənninin ziyarətinə Xatun, Hacı Nazim, Vasif Əzimov, Damla, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Ruhəngiz Allahverdiyeva, rəqqasə Fatimə, Sevil-Sevinc bacıları, Ağamirzə, Əbdülxalid və bir çox məhşurlar gəlib.

Zeynəb Həsəni insanları belə günlərdə tanımaq olduğunu deyib:

“Şad gündə hamı gəlib oynayır. Amma belə günlərdə insanlar tanınır. Türkan gəlməsə idi mənim yanıma, mənim gözüm yolda qalardı və ya mən gəlməsəydim onun gözü yolda qalardı”.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsəninin isə çanaq sümüyü sınıb.

Tarix
2018.06.12 / 14:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla