Ana səhifə Maqazin |
Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət oxumamağı qərara alsam da, görürəm ki, susduqca mövzu da çoxalır. Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq geniş kütləyə, tamaşaçılarıma, izləyicilərimə açıqlama vermək istəyirəm.
Kult.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova şəxsi İnstaqram hesabında yazıb. O, bir ildir evli olduğunu açıqlayıb:
“Mən illərdir Azərbaycan səhnəsində çalışan, uğurlarını Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün, bir növ, həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət, həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinirlər. Qaldı ki ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram”.
Qeyd edək ki, son günlər mediada O.Rəsulovanın ana olacağı ilə bağlı məlumatlar yayılmışdı.
Tarix
2018.08.13 / 18:26
|
Müəllif
Büllurə Yunus
|