Yuxarı

Azərbaycanlı qız Batumidə “ulduz” seçildi – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Batumi şəhərində keçirilən “Böyük İpək Yolunda ulduzunu tap” adlı beynəlxalq musiqi müsabiqəsinin qalibi Azərbaycan təmsilçisi Emiliya Yaqubova olub.

Kult.az xəbər verir ki, 3 mərhələnin yekunlarına əsasən, yarışmanın mütləq liderləri məlum olub: Gürcüstan təmsilçisi Salome Mirianaşvili, Qazaxıstan təmsilçisi Miras Juqunusov və təmsilçimiz Emiliya Yaqubova. Qaliblərin hər üçü bütün mərhələlərin yekun nəticəsinə görə 285 balla qiymətləndiriliblər. Münsiflər heyəti qalibin püşkatma yolu ilə təyin edilməsinə qərar verib və həmyerlimiz qalib gəlib.

“Bu qələbə mənim üçün çox vacibdir. Mən indi hətta emosiyalarımı belə ifadə edə bilmirəm. Gürcüstana təşəkkürlər, mənim adımı zərfin içindən çıxaran bu balaca qıza təşəkkürlər. Yəqin ki, bu qismətdir”, - Yaqubova bildirib.

Müsabiqənin gümüş medalının da taleyinə püşk yolu ilə aydınlıq gətirilib. Burada Qırğızıstan və Özbəkistan təmsilçiləri arasında özbək idmançının bəxti üzünə gülüb. Üçüncü yerin sahibi isə Ukrayna olub.

Yarışmanın bütün iştirakçıları sponsorlardan qiymətli hədiyyələr alıb. Ən dəyərli hədiyyə - İtaliyaya 2 nəfərlik səyahət Gürcüstan təmsilçisi Salome Mirianaşviliyə nəsib olub.

Qeyd edək ki, layihədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələri iştirak ediblər.

Tarix
2018.08.29 / 14:34
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla