Yuxarı

Azər Axşamın adından iyrənc yalan yayıldı - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci həyat yoldaşım haqqında bu gün mənim adımdan yayımlanan məlumat yalandır.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış aparıcı Azər Axşam deyib. O bildirib ki, sözügedən yalan məlumatı kimin yaymasından xəbərsizdir:

“Mənim oğlumun 21 yaşı var. Adımdan xəbər yazıblar: guya mən oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır, oğluma düzgün tərbiyə vermir. Guya mən buna görə onu məhkəməyə verib, analıqdan məhrum eləmək istəyirəm. Həmin xəbəri kimin yazdığını bilmirəm. Ancaq demək istəyirəm ki, bu, ağ yalandır. Həmin xəbərin altında məni tanıyıb-tanımayanlar təhqir içərikli sözlər yazıblar. Mən kişi adamam, mənə yaraşmaz belə şeyləri danışım, efirə verim. Özü də ayrıldıqdan 11 il sonra! Oğlum artıq böyük oğlandır. Kiminlə qalmağa özü qərar verir”.

Azər Axşam onu da bildirib ki, xəbəri yayan “mənbə” saytlardan birinin adından istifadə edib:

“Kimsə İnstaqram hesabı açıb, həmin məlumatı hansısa saytın adı ilə verib. Həmin sayta da böyük oğlum zəng vurub. Bildiriblər ki, o saytda belə xəbər verilməyib. Biz özümüz də həmin saytı axtardıq, elə məlumat, həqiqətən, saytda yox idi. Azərbaycanda bu bəlanı tək mən deyil, bütün sənətçilər yaşayır. Ar olsun bu xəbəri yayanlara!”

Qeyd edək ki, “Xəbərlər bizdə” adlı İnstaqram səhifəsi Azər Axşamın adından onun birinci həyat yoldaşının lezbiyan olması haqqında məlumat yayaraq, oğlu Cavidanı ondan almaq üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Tarix
2018.10.10 / 16:09
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla