Yuxarı

Murad Dadaşov Tünzaləyə konsertində elə sözlər dedi ki...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Konqress Mərkəzində əməkdar artist Tünzalə Ağayeva “Şərh Siz” konserti ilə çıxış edib.

Kult.az xəbər verir ki, səhnəyə əvvəlcə ağ, sonra isə tül-qara geyimdə təşrif buyuran müğənni xanım Murad Dadaşovun komplimenti ilə qarşılaşıb. Səhnədə ona gül dəstəsi təqdim edən şoumem Tünzalənin on səkkiz il öncə Tovuzdan yaylıqla gəldiyini, lakin bu gün qarşımızda artıq əməkdar artist kimi çıxış etdiyini vurğulayıb. Sonra zarafatla əlavə etdi: “Əziz tamaşaçılar, maraqlısı budur ki, uzun illər əvvəl Tünzalə yaylıqla səhnəyə çıxmışdısa da, indi biz onun yubkasını (ətəyini) ümumiyyətlə görmürük. Ağ libaslı geyimi ilə tamaşaçıları ovsunlayıb. Tünzalə, sən artıq seks simvolsan!”

Bir çox tanınmış yaradıcı insanların qatıldığı konsert əvvəlcə xanım ifaçının illər öncə səhnədə ifa etdiyi və sevildiyi mahnılarla başlayıb. Tünzalə dicey LJ və Eyyub Yaqubovla duet ifa edib.

Daha sonra məşhur türk musiqisi “Mehriban”, eləcə də “Ağ çiçəklər”, “Xoş gəldin, gülüm”, “Toxun mənə”, “Yağış” və digər məşhur mahnılarını səsləndirib.

Orkestrin “Ad günün mübarək” ifası ilə xanım ifaçı bu gün – 20 oktyabrda ad günü olduğunu və qırx iki yaşını tamamladığını söyləyib. Bildirib ki, komandası ad günü ilə bağlı təbrik ifasını ona sürpriz edib.

Konsertin adına gəlincə isə, bildirildi ki, qiymətləndirməni ictimaiyyətə və mediaya buraxdıqları üçün “Şərh Siz” adlandırılıb.

Tarix
2018.10.21 / 02:08
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla