Yuxarı

Azərbaycanlı müğənni xərçəng imiş - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Sabina Selcanın “Bu gün” adlı klipinin təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, ekran işini türkiyəli məşhur rejissor Tamer Aydoğdu ərsəyə gətirib. S.Selcanın mətbuat katibi Əfruzə Ağayevanın idarə etdiyi konfransda ifaçı klipin 70 min lirəyə çəkildiyini söyləyib:

“Klip Ağ köşk adlanan yerdə çəkilib. Orada klip çəkdirmək üçün dövlət orqanlarından icazə almaq və 20 min dollar pul ödəmək lazım idi. Ancaq həyat yoldaşının yaxşı əlaqələri var deyə, pul ödəmək məcburiyyətində qalmadıq”.

Təqdimata qatılan prodüser Tarix Əliyev isə müğənninin səhhəti haqda sirri açıb. Məlum olub ki, Sabina beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir:

“Bunu deməyim Sabinaya pis təsir etsə də, deyəcəyəm. Bu gün bəzi məşhurlar xərçəng xəstəliyi adı ilə pul yığıb, mal-mülk alırlarsa, Sabinada bu tərsinədir. O, beş ildir bu xəstəlikdən əziyyət çəkir. İstərdim ki, belə ayaq üstdə dura bilən xanımlar hər kəsə örnək olsun”.

Sabina prodüserin bu sözlərindən sonra göz yaşlarına boğulub və şərh edib ki, o, artıq sağalıb.

Paytaxtımızda qonaq olan rejissor Tamer Aydoğdu Sabina ilə işbirliyindən məmnunluq hissini ifadə edib: “Bugünədək Sibel Can, Gülşən, Demet Akalın, Pətək Dinçöz kimi məşhurlara çox sayda klip çəkmişəm”.

Mahnının sözləri və musiqisi Fərid Fətullayevə, aranjimanı Cüneyt Yalmaza məxsusdur.

Tədbirdə həmçinin aparıcı Vüsalə Kərimova, aktyor Elcan Rəsulov, müğənnilər Şəbnəm Əsədova, Elnar Xəlilov kimi məşhurlar iştirak edib.

Tarix
2018.11.14 / 00:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla