Yuxarı

Aygül yarışmadan imtina etdi: ailə problemi, yoxsa?..

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şakir Əhmədzadə və Aygül Səfərovanın “Best Model of Azerbaijan – 2018” müsabiqəsinin qalibləri seçilməsindən bir neçə gün keçməsinə baxmayaraq, modellərin xarici görünüşü ilə bağlı tənqidi rəylər davam edir. Müsabiqənin nəticələri açıqlandığı gündən, xüsusilə də A.Səfərova haqqında sosial şəbəkələrdə neqativ rəylər yazılır. Hətta çoxu onun bu titula layiq olmadığını bildirir.

Kult.az xəbər verir ki, tənqid edilən model yarışdan sonra müsabiqənin ikincisi Cəmalə Qoluboviçlə də müqayisə edilib. Hətta çoxları A.Səfərovadansa C.Qoluboviçin birinci yerə layiq olduğunu bildirib.

Bütün bunlardan sonra görüntüsünə görə sərt tənqid edilən model Aygül Səfərova “Best Model of Vörld”ə getməkdən imtina edib. Model bunu ailəsində yaşanan narazılıqla əlaqələndirsə də, çoxları hesab edir ki, o, sərt tənqidlərə görə bu qərarı verib.

Belə olduğu təqdirdə Azərbaycanı “Best Model of Vörld” yarışmasında Cəmalə Qoluboviç təmsil edəcək.

Mütəxəssislər, modelyer-dizaynerlər isə hesab edir ki, görüntüsünə görə modelin tənqid edilməsi düzgün yanaşma deyil.

“Best Model of Azerbaijan – 2018” müsabiqəsindəki münsiflər heyətinin üzvü, modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a açıqlamasında vurğulayıb ki, bütün dünyada “Best Model” seçilən xanımların çox gözəl olması barədə qayda yoxdur:

“Bu, gözəllik yarışması deyil və biz də model seçirdik, gözəl yox. Biz geyindiyi geyimləri məharətlə daşıya bilən canlı asqı seçirdik. Professionalların deyimində modellər “asqı” adlanır. Ona görə bizə “asqı”nın bədən quruluşu, geyimləri daşıma məharəti önəmlidir. İnsanlar istəyir ki, həm qız gözəl olsun, həm də geyimləri gözəl daşısın. Amma dünya ölkələrində keçirilən müxtəlif dəfilələrdə olmuş insan kimi deyə bilərəm ki, əslində, belə deyil. Modellər çox zaman gözəl olmur. Çünki onlar gözəllik kriteriyası ilə seçilmir. Modellər gözəl bədən quruluşuna malik olmalı, geyindikləri geyimi məharətlə daşımalıdır”.

Tarix
2018.12.03 / 13:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla