Yuxarı

Bu gün Nikolas Keyc 50 yaşını qeyd edir

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur hollivud aktyoru Nikolas Keyc bu gün 50 yaşını qeyd edir.

Aktyor Kaliforniyada yazıçı ailəsində anadan olub. Bildirək ki, Nikolas anadan olanda ona Nikolas Kim Koppola adı verilib. Karyerasının başlanğıcında soyadını "Keyc"ə dəyişib.

Keyc karyerasına televiziyadan başlayıb. Daha sonra serialda rol almaq üçün məktəbi atmalı olub. İlk böyük uğuru isə aktyor 1983-cü ildə əldə edib.

Nikolas Keyc bu günə kimi 50-dən çox filmdə rol alıb. Dünya şöhrətli aktyor "Mələklər şəhəri", "Simasız", "60 saniyəyə qaçış" və digər filmlərlə tamaşaçıların yaddaşında iz qoyub.

Nikolas Keyc 3 dəf evli olub. Onun ilk həyat yoldaşı amerikalı aktrisa Patrisiya Arket olub. Cütlük 6 il birgə həyat sürəndən sonra ayrılmağa qərar verib. Bir neçə ildən sonra o, əfsanəvi ifaçı Elvis Preslinin qızıyla evlənib. Lakin bu dəfəki ailə həyatı da uzunömürlü olmayıb. Belə ki, cəmi 109 gündən sonra cütlük boşanıb. Sayca üçüncü həyat yoldaşı koreyalı Ellis Kim olub. 2005-ci il oktyabrın 3-də onların oğlu dünyaya gəlib.

Tarix
2014.01.08 / 01:57
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla