Yuxarı

Röya ilk konsertində pulsuz oxudu - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya uğurlarını davam etdirir.

SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarovanın estrada ulduzu Röyanın konsertində iştirak etdiyi haqqında xəbərlər yayılıb. Zeynəb xanımın gənclərə dəstək olması son zamanlar gündəmdən düşmür.

Röyanın mətbuat katibi Türkan Məmmədli saytımıza bildirib ki, həqiqətən də ifaçının konsertinin üçüncü günündə olduqca maraqlı anlar yaşanıb:

"Zeynəb xanım hər gün H.Əliyev Sarayında məşq edir. Dünən də Röya səhnəyə çıxmazdan əvvəl sənətkarla görüşdü. Zeynəb xanım Röyaya xeyir-dua verdi , onun səsini bəyəndiyini və bu cür silsilə konsert verməsini alqışladığını dedi".

Millət vəkili Zeynəb Xanlarova hətta bildirib ki, Azərbaycanda onun qədər, yəni 13 gün bir tək Röya konsert verə bilər.

Xatırladaq ki, Röya Ayxan yanvar ayının 28-dən etibarən Heydər Əliyev Sarayında "Mənəm" adlı konser proqramı ilə çıxış edir. Proqramın ilk günü biletlər satılmayıb, ifaçı yalnız dəvət olunan qonaqlar və hərbçilər üçün pulsuz oxuyub. (ANS)

Tarix
2014.01.31 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla